Məhkəmə qərarları › İş №3(008)-5352/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5352/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5352/2021 30.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsindən daxil olmuş MN ******* saylı, 25.12.2021-ci tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 25.12.2021-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən şərab evində qanunla qadağan edilmiş pirotexniki vasitələrin satışı aşkar edilmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə protokollaşdırılıb baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə həmin protokol və əlavə olunmuş materiallar nəzərdən keçirilərkən bir sıra nöqsanların olması müəyyən etmişdir. Belə ki, Şəxs Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən şərab evində satdığı pirotexniki vasitələr hesab edilən əşyaların həqiqətən də qanunla qadağan edilməsinə dair sübutlar (ekspertiza rəyi) iş materiallarına əlavə edilməmiş, eyni zamanda tərtib edilmiş protokolda həmin pirotexniki vasitələr hesab edilən əşyalar maddi sübut kimi göstərilməmişdir. Qeyd edilən ciddi nöqsanlara görə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bunlara əsasən, məhkəmə Şəxs barəsində olan inzibati xəta haqqında protokolun və digər sənədlərin düzgün tərtib olunmadığını, təqdim edilmiş materialların natamam olduğunu nəzərə alaraq hesab edir ki, həmin protokolu işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar