Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5352/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 09 iyun 2024cü il tarixli, EQ/21669406 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 09 iyun 2024-cü il tarixli, EQ/21669406 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 09 iyun 2024-cü il tarixli, EQ/21669406 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərarla X3 AR İXM-nin 327.2 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2r və belə olan halda sözügedən qərarı mübahisələndirmək hüququ da məhz həmin şəxsə aiddir. Lakin hazırda məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirilən şəxs X4r ki, bu da həmin şəxsin başqa şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirmək hüququnun olmamasına dəlalət edir. Belə ki, AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, qanunverici barəsində qərar çıxarılmış fiziki şəxsin əvəzinə və ya onun barəsində qəbul edilmiş qərarla əlaqədar başqa şəxsə şikayət etmək hüququ verməmişdir ki, bu da hazırda məhkəməyə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 09 iyun 2024-cü il tarixli, EQ/21669406 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş şəxsin belə bir hüququnun olmaması qənaətinə gəlmək üçün əsasdır. Bununla yanaşı, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən sözügedən qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 09 iyun 2024-cü il tarixli, EQ/21669406 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X5 qaytarılmalı və sözügedən qərardan X1 şikayət vermək və həmin qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 09 iyun 2024-cü il tarixli, EQ/21669406 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X6ytarılsın. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 09 iyun 2024-cü il tarixli, EQ/21669406 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayət vermək və həmin qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5352/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5352/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver