Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5352/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, X1nun Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixlinömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 06 iyun 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyoto Camry” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərifə Əliyeva 29 ünvanının yaxınlığında saxlayarkən AR İXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə yazılmaqla və sürücülük vəsiqəmə 2 bal yazılmışdır. X8 İdarəsinin tərəfindən çıxarılmış 18 iyun 2025-ci il tarixli qərardan şikayət ərizəsi məhkəməyə müraciət etmişdir. Sabunçu rayon məhkəməsinin 3(008)-3909/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025- ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməsi qərara alınmışdır. Lakin 15 avqust 2025-ci il tarixli qərara əsasən Bakı şəhəri X7 İdarəsi tərəfindən təkrar olaraq AR İXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə yazılmaqla və sürücülük vəsiqəmə 2 bal yazılmışdır. Qeyd etdiyi kimi avtomobili saxladığım yer nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsində deyildir. Hesab edir ki, X8 İdarəsinin tərəfindən çıxarılmış 18 iyun 2025-ci il tarixli qərarlar tamamilə qanunsuz və əsassızdır. X8 İdarəsinin tərəfindən çıxarılmış 15 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarasını xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X1 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə avtomobilini park etmək üçün həyətə daxil olmaq istəyən zaman yol polis əməkdaşı tərəfindən saxlanılmışdır. Onun həmin yerdə avtomobili saxlamaq fikri olmamışdır. Daha sonra polis əməkdaşı ona az qala piyadanı vuracağını bildirmişdir. O, isə polisə belə bir halın baş vermədiyini, bunun sübutunu ona göstərməsini tələb etmişdir. Daha sonra polis əməkdaşı səkidə saxladığı üçün ona protokol tərtib edəcəyini bildirmişdir. Bütün bunlar ona qarşı qərəzin olduğunu göstərir. O, tərtib edilən protokolun ona verməsini tələb etmişdir. Həmin ərazinin videogörüntüsünü də məhkəməyə təqdim edə bilər. Orada arka vardır. Həmin arkadan içəri daxil olduqda orada maşınların saxlanması üçün yer vardır. O da arkadan keçib içəri daxil olmaq istəyən zaman yol polis əməkdakı onu saxlamışdır. Bundan başqa, piyadaya yol verməməsi kimi inzibati xətanı da törətməmişdir. Bir dəfə qərar ləğv olunub, yenidən araşdırma aparılması üçün Bakı şəhər DYPİ-nə göndərilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraatda onun iştirakı təmin edilmədən yenidən eyni qərar qəbul edilmişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alıb barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Zərifə Əliyeva 67 ünvanında ** VY *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə və nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsinə görə Azərbaycan Respublikası İXM-nin 346.9 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, X2 şikayəti qismən təmin edilmiş və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin idarəyə göndərilmişdir. Bakı şəhər DYPİ tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərdən X2 ** VY *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı nəqliyyat vasitəsini səkidə saxladığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X2 AR İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə ləğv edilərək həmin hissədə icraata xitam verilməlidir. Belə ki, qərardan şikayət verən şəxs məhkəmə iclasında nəqliyyat vasitəsini səkidə saxlamadığını bildirsə də, təqdim edilmiş video görüntüdən görünür ki, nəqliyyat vasitəsinin saxlandığı hissə səkidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Video görüntüdən də görünür ki, nəqliyyat vasitəsinin dayandığı yer yolun hərəkət hissəsindən ayrılmışdır və oradan piyadalar keçir. Qərardan şikayət verən şəxsin avtomobili polis əməkdaşı tərəfindən saxlandığı üçün orada saxlamasına dair mövqeyinə isə məhkəmə münasibət bildirərək qeyd edir ki, təqdim edilmiş video görüntüdən görünür ki, şəxsə avtomobili səkidə saxlanılması bildirilərkən öncə oranın səki olmadığını, daha sonra isə sumkanı götürüb çıxacağını bildirir. Ona görə məhkəmə hesab edir ki, onun bu dəlili özünü müdafiə xarakteri daşıyır. Şəxsin əməlində AR İXM-nin 346.9-cu maddəsinin tərkibi olduğundan haqlı olaraq həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, şəxsin nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. AR İXM-nin 330-cu maddəsinin qeyd hissəsindən də görünür ki, piyadaya “yol verilməmə” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Sürücünün piyadaya yol verməməsinin yuxarıda qeyd edilən hərəkətləri ehtiva etməsini nəzərə alaraq hazırki iş üzrə sürücünün qeyd edilən hərəkətlərə yol verməsi müəyyən olunmadığından, onun piyadaya yol verməsi faktı öz təsdiqini tapmadığından qərar həmin hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, şəxsin öz təqsirsizliyini sübuta yetirmək kimi bir vəzifəsi yoxdur. Şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə düşür. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən isə X2 06 iyun 2025-ci il tarixdə piyadaya yol verməməsini təsdiq edən hər hansı sübut-foto, video görüntü təqdim edilməmişdir. Bu isə inzibati xəta hadisəsinin mövcudluğu faktını şübhə altına qoyur. Müvafiq hüquqi prosedura daxilində aradan qaldırılması mümkün olmayan bütün şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X2 AR İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə ləğv edilməli və həmin hissədə inzibati xəta hadisəsinin mövcudluğu və şəxsin onu törətməkdə təqsiri sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9 və 330.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar X2 AR İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə ləğv edilsin və həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5.
Məhkəmə qərarları › İş №3(008)-5352/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5352/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver