Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5353/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən AR Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmaqla işəgötürən tərəfindən R.Tanrıverdiyev xx.xx.2024-cü il tarixdə, A.Tanrıverdiyev xx.xx.2024-cü il tarixdən, R.Osmanov xx.xx.2024-cü il tarixdən, E.İsmayılov xx.xx.2024-cü il tarixdən bu günədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu fakt AR DİN tərəfindən daxil olmuş məlumatlar əsasında aşkar olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək qeyd edir ki, səlahiyyətli orqan qeyd olunan inzibati xəta haqqında protokolu məhkəməyə təqdim etməklə kifayətlənmiş, həmin protokolda göstərilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyə, faktla bağlı araşdırma aparmağa lüzum görməmişdir. Belə ki, daxil olmuş materiala hazırlıq mərhələsində baxılan zaman müəyyən edilmişdir ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaşlar X2, X1, X6, X4, o cümlədən, MMC-də səlahiyyətli şəxs olan işəgötürənin izahatları alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşlarla Şəxs MMC arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, səlahiyyətli orqan tərəfindən şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanmamış, prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamış, araşdırma natamam şəkildə aparılmış və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edildiyindən və məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan əlavə araşdırmanın aparılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini inzibati xəta haqqında protokolun “müəyyən etdi” hissəsində göstərilən şəxslərin ad, soyad və ata adlarının tam yazılmamasına, onların sadəcə soyadlarının yazılmasına, bununla da inzibati xəta haqqında protokolda xətanın mahiyyətinin tam və aydın göstərilməməsinə və protokolun qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunmadan tərtib edilməsinə də cəlb etməyi zəruri hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5353/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5353/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver