Məhkəmə qərarları › İş №3(008)-5404/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5404/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5404/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakları ilə, X8 barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə 31 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 31 iyul 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası 17 D ünvanında yerləşən müəssisədə formalaşan tullantı sularının kənara (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası 17 D ünvanında yerləşən müəssisədə vətəndaşı şikayəti əsasında yoxlama keçirilən zaman tullantı sularının kənara (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Belə ki, ərazidə həmin tullantı sularının axıdılması nəticəsində göl əmələ gəlmiş və ətrafa kəskin iy-qoxu yayılmış və bu da vətədaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Bu səbəbdən MMC-nin vəzifəli şəxsi X8 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 izahatında göstərmişdir ki, onun rəhbəri olduğu müəssisəsinin fəaliyyəti nəticəsində tullantı suları çölə axıdılsa da, hazrıda o, həmin halın aradan qaldırılması üçün əlindən gələn tədbirləri görmüşdür. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. Məhkəmə iclasında iştirak edən şikayəti əsasında inzibati xəta haqqında icraat başlanılan şəxs X2 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası 17 D ünvanında yerləşən müəssisədə xalça yuma nəticəsində axıdılan tullantı suları çölə axıdılmış və nəticədə ərazidə göl əmələ gəlmişdir. Həmin sularının axıdılması nəticəsində yaranan iy-qoxudan ərazidə yaşamaq mümkünsüz hala gəlmişdir. Hazırda da həmin ərazidə tullantı suları çölə axıdılmaqdadı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 iyul 2023-cü il tarixli, 80869 nömrəli aktdan görünür ki, 28 iyul 2023-cü ikl tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası 17 D ünvanında yerləşən müəssisədə keçirilən baxış zamanı icarə müqaviləsi əsasında ayrılmış sahədə xalçaların yuyulması fəaliyyəti ilə məşğul olan məntəqədə əmələ gələn tullantı sularının boru vasitəsi ilə müəssisənin hasarının digər hissəsindən boş torpaq sahəsinə təyinatsız axıdılması nəticəsində ərazidə yaranmış gölməçədə kəskin iy-qoxunun nüfuz etməsi halları müşahidə edilmişdir. X5 28 iyul 2023-cü il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında ona məxsus əmlak kompleksində X4 icarəyə verdiyi tikilidə xalça yuma fəaliyyətinin həyata keçirildiyini, həmin müəssisənin 2023-cü ilin may ayəndan fəaliyyətə başladığını, müəssisənin fəaliyyəti zamanı əmələ gələn tullantı sularının yığılması üçün yaxın bir ay ərzində quyunun qazılmasını öhdəsinə götürdüyünü bildirmişdir. X1 izahatından görünür ki, o, izahatında evlərinin yaxınlığında xalça yuma sexinin yerləşdiyini, sexin faəliyyəti nəticəsində şirkab suların ətrafa axıldığınını və yaranan qoxudan yaşayışın mümkün olmadığını bildirmişdir. İnzibati xəta haqqında 31 iyul 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, 28 iyul 2023-cü ikl tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası 17 D ünvanında yerləşən müəssisədə formalaşan tullantı sularının kənara (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, X8 xalça yuma fəaliyyəti nəticəsində yaranmış tullantı sularını təyinatsız çölə axıtmaqla AR İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs X5 barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını,, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, X8 barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar