Məhkəmə qərarları › İş №3(008)-5413/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5413/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5413/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş müşayiət məktubu və protokola əlavə edilmiş sənədlər MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair olsa da, "xxxx" MMC barəsində Sabunçu rayon DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolda "xxxx" MMC tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir ki, bu da inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyinə dəlalət edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, 17 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında prtokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar