Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5414/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 19 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 19 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4793/2022 saylı 10 noyabr 2022-ci il tarixli, 2(008)-3926/2020 saylı 28 oktyabr 2020-ci il tarixli, 2(008)- 6595/2021 saylı 30 noyabr 2021-ci il tarixli, 2(008)-5773/2019 saylı 03 sentyabr 2019-cu il tarixli, e-2(008)-5192/2019 saylı 19 avqust 2019-cu il tarixli və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-201/2019 saylı, 24 may 2019-cu il tarixli icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs icra sənədi üzrə müəyyən edilmiş borcu ödəmir. X4 borcundan hər ay 100 manat ödəniş edib. Digər tələbkarlar isə borclarını tələb edirlər. Hal-hazırda onun ümumi borcu 75451 manat təşkil edir. İcra məmuru şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edir. O, əvvəllər turizm şirkətinin rəhbəri olduğunu, daha sonra müflis olduğu üçün bir neçə şəxsdən borc aldığını qeyd edərək işləmədiyindən icra sənədini icra etmədiyini bildirmişdir. O, həmçinin məhkəmədən iki azyaşlı övladının olmasının və onları tək böyütdüyünün, o cümlədən kirayədə qalmasının nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan yüngül tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Sədrlik edən tərəfindən verilmiş suala cavab olaraq Şəxs təhsil aldığını və 2023-cü ilin aprel ayına qədər işləmədiyini, bu səbəbdən də zərərçəkmiş şəxslərə borcu ödəyə bilmədiyini, bu gün də 400 manat ödəmək üçün İcra Şöbəsinə gəldiyini və bundan sonra hər ay 400 manat məbləğində ödəniş edəcəyini, borc aldığı insanlardan bəzilərinin onun tanışları olduqlarını və zərərçəkmiş şəxslərlə əlaqə saxlayaraq onların borclarını hissəhissə ödəməyə razı salacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 sentyabr 2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görüünr ki, Şəxs qeyd olunan e-2(008)-4793/2022 saylı 10 noyabr 2022-ci il tarixli, 2(008)-3926/2020 saylı 28 oktyabr 2020-ci il tarixli, 2(008)-6595/2021 saylı 30 noyabr 2021-ci il tarixli, 2(008)- 5773/2019 saylı 03 sentyabr 2019-cu il tarixli, e-2(008)-5192/2019 saylı 19 avqust 2019-cu il tarixli və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-201/2019 saylı, 24 may 2019cu il tarixli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə 75451 manat borcu yaranmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4793/2022 saylı, 10 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6200 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3926/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 8061 manat məbləğində pul vəsaiti alınaraq X3 qaytarılması qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6595/2021 saylı, 30 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1610 manat məbləğində pul vəsaitinin X5 xeyrinı ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5773/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3400 manat məbləğində biletlərin pulu və 1000 manat mənəvi zərər, cəmi 4400 manat pul alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5192/2019 saylı, 19 avqust 2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsinə əsasən əsas borc üzrə 604 manat, cərimə borcu 88,11 manat olmaqla, ümumilikdə 692,11 manatvə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-201/2019 saylı, 24 may 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh “X17” MMC-dən (direktoru Şəxs) 6046 manat əsas borc, 1000 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 7076 manat tutularaq iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialına ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4793/2022-017 saylı, 10 noyabr 2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və eyni tarixdə tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə Şəxs ünvanına göndərilmişdir. “İcraata başlama haqqında” 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3926/2020-007 saylı, 28 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. Tələbin könüllü icrası haqqında 04 aprel 2023-cü il tarixli bildiriş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6595/2021-005 saylı, 30 noyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarla birlikdə 04 aprel 2023-cü il tarixdə Şəxs ünvanına göndərilmişdir. 02 iyun 2023-cü il tarixli İcra qeydində Şəxs SM22964 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 696 manatın "xxxx" MMC-nin xeyrinə tutulmağı, həmçinin 104 manat 40 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 825 manat 40 qəpik pul tutulmağı öz əksini tapmışdır. “İcraata başlama haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri 17 saylı Notariat Kontorunun 8İ-4883 nömrəli, 03 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraat başlanmış və eyni tarixdə tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə Şəxs ünvanına göndərilmişdir. “İcraata başlama haqqında” 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4489/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və eyni tarixdə tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə Şəxs ünvanına göndərilmişdir. 21 sentyabr 2022-ci il tarixli İcra qeydində Şəxs xx.xx.2019-cu il tarixli müddət üçün vaxtında ödənilməmiş 34000 manatın X6 xeyrinə tutulmağı, həmçinin tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 34025 manat pul tutulmağı öz əksini tapmışdır. Sabunçu Rayon İcra Şöbəsinin 19 sentyabr 2023-cü il tarixli Qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5773/2019 saylı 03 sentyabr 2019-cu il tarixli, Şirvan İnzibati-İqtisad Məhkəməsinin e-2-2(086)-201/2019 saylı 24 may 2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4489/2020 saylı xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3926/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6595/2021 saylı, 2 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontorunun 23443 saylı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4793/2022 saylı 10 noyabr 2022-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin 2- 2(121)-903/2022 saylı icra sənədləri ümumi icraatda 179201/201 № ilə birləşdirilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli izahatına əsasən o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022 tarixli icra sənədindən və 2 saylı Asan Xidmətin Notariat Kontorunun 23443 nömrəli icra qeydindən xəbərsizdir. X8 Məhkəməsinin 20 may 2022-ci il tarixli və Sabunçu Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarlarından da xəbəri olmamışdır. X9, Qaracayeva Günel, Süleymanova S., Voyaj Store MMC-yə olan borclarından xəbərdardır. O, aprel ayından etibarən Qaracayeva Günelə hər ay 100 manat məbləğində ödəniş edir. Təhsil aldığı və heç bir yerdə işləmədiyinə görə ödənişləri edə bilməmişdir. Xəbərdar olduğu qərarlarla bağlı borcunu ödəməkdən imtina etmir. Bu günədək X10 600 manat pul ödədiyini, işləməməsi və təhsil alması ilə əlaqədar başqa heç bir ödəniş etmədiyini qeyd etmişdir. Bununla yanaşı icra sənədi üzrə ödənişləri tam şəkildə icra etməyə imkanı olmadığını, kirayə qaldığını və himayəsində 5 və 8 yaşlı 2 azyaşlı övladının olduğunu, bundan sonra hissə-hissə hər ay 400 manat ödəniş edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs indiyədək icra sənədi üzrə ayda 100 manat ödəniş etdiyini göstərsə də, məhkəmə qeyd edir ki, Dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri və özünün müəyyən etdiyi məbləği ödəməsi ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəmə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Belə olan halda şəxsin özünün müəyyən etdiyi, məhkəmə akt ilə müəyyən edilmiş borcun çox az bir hissəsini təşkil edən konkret məbləği hər ay zərərçəkmiş şəxslərdən birinə ödəməsi icra sənədinin icrasının təmin edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5414/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5414/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver