Məhkəmə qərarları › İş №3(008)-5417/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5417/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5417/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulması barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X3 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulması barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokola uyğun çıxarılmış qərarın ləğv edilərək, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs 04 sentyabr 2023-cü il tarixdə saat 09:43-də Sabunçu-Zabrat yolunun Balaxanı kəsişməsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması əsası ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən X3 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin, X3 barəsində olan 04 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilən qərar inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, X1 şikayəti natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət və ona əlavə edilmiş digər sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasına dair şikayəti X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar