Məhkəmə qərarları › İş №3(008)-5428/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5428/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5428/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, X1 Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası BDYPİ tərəfindən onun barəsində tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan inzibati xəta haqqında işin icraata qəbul edilərək baxılması mümkün deyildir. Belə ki, şikayətçi X3 Azərbaycan Respublikası BDYPİ tərəfindən onun barəsində tərtib edilmiş İXP ******* saylı protokolu mübahisələndirsə də, nə həmin protokolu, nə də onun əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir ki, belə halda mübahisələndirilən protokola məhkəmə tərəfindən baxılması qeyri-mümkündür. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, hesab edirəm ki, məhkəmə təqdim edilmiş sənədlər natamam olduğundan və hazırki vəziyyətdə işə baxılması mümkün olmadığından X1 Azərbaycan Respublikası BDYPİ tərəfindən onun barəsində tərtib edilmiş İXP ******* protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədlər şikayət vermiş şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş İXP ******* saylı protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar