Məhkəmə qərarları › İş №3(008)-5434/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5434/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5434/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 bildirdi ki, 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu Rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən təsərrüfat subyekti üzrə sürətli poçt xidməti ilə lisenziya əlavəsi olmadan fəaliyyət göstərməsi aşkar edilmişdir. Şəxs MMC fəaliyyət dönəmində 380,14 manat gəlir əldə etmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində 19 sentyabr 2023-cü il tarixli MN № ******* nömrəli protokol inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru Qurbanov Nurlan Hicran oğlu tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli izahatının surətindən görünür ki, Şəxs MMC-yə məxsus “Expargo” reklam daşıyıcısı ilə xx.xx.2023-cü il tarixdən fəaliyyət göstərən və Şəxs MMC üçün xidməti müqavilə əsasında anbarlama və kuryer xidməti göstərən X1 istifadəsində olan obyekt üzrə lisenziya əlavəsinin alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və 760,28 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev İş № 3(008)-1438/2023 İNZİBATİ XƏTA HAQQİNDA MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala 07 aprel 2023-cü il tarixdə saat 15:10-da açıq məhkəmə iclasında baxıldığını bildirdi. Sədrlik edən proses iştirakçısının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verdi. Katib məruzə edərək bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iştirak edir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyən etdi. X4– Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi. Sədrlik edən məhkəmə tərkibini və katibi elan etdi. Hakim Rzayev Anar Zahid oğlu Katib - Əliyeva Gülnar Söhbət qızı Sədrlik edən proses iştirakçısına sədrlik edənə və katibə etiraz etmək hüquqlarını izah etdi. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçısına hüquq və vəzifələrini izah etdi. Sədrlik edənin sualına: proses iştirakçısı bildirdi ki, hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən proses iştirakçısından vəsatəttinin olub-olmamasını soruşdu. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolun məzmununu elan etdi. Sədrlik edən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 izahat verməyi təklif etdi. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 izahatı: Möhtərəm hakim, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 15 mart 2023-cü il tarixli, 2000-013/0xx-xx/000427 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" (VÖEN: **********) MMC tərəfindən xx.xx.2021-ci il tarixli **********4620 saylı gömrük bəyannaməsi təqdim edilməklə 5664 ABŞ dolları dəyərində, xx.xx.2021 -ci il tarixli **********7694 saylı gömrük bəyannaməsi təqdim edilməklə 5664 ABŞ dolları dəyərində malları Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac prosedurunda rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin müddətinin bitməsinə baxmayaraq, **********4620, **********7694 saylı gömrük bəyannamələrinin 20, 24 və 37-ci qrafalarını əsas gətirərək 180 gün ərzində ixrac olan mallar üçün ödənilməli olan cəmi 11328 ABŞ dolları, 19257.6 manat vəsait müvəkkil bankda şəxsin aidiyyəti hesabına ixrac müqaviləsi üzrə xarici valyuta daxil olmamışdır. Həmçinin qayıtmayan vəsaitlər barəsində müəssisəyə 2000- 012/0xx-xx/001469 saylı xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Sədrlik edən iş materiallarında olan inzibati protokolu elan etdi. Etiraz daxil olmadı. Məhkəmə müşavirə otağına getdi. Qayıtdıqdan sonra sədrlik edən inzibati xəta haqqında qərarı elan etdi, qərardan şikayət vermə müddətini və qaydasını, məhkəmə iclas protokolu ilə tanış olmaq və protokola qeydlər vermək hüququnu izah etdi. Məhkəmə iclası bağlı elan etdi. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar