Məhkəmə qərarları › İş №3(008)-5437/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5437/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5437/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon X2 Şöbəsindən daxil olmuş 26 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və bu zaman inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə məxsus olmadığını, MMC-nin balansında olan avtomobilin nömrəsinin **-JD-*** olduğunu, Bakı şəhəri Sabunçu RPİ X2 Şöbəsi tərəfindən avtomobillərin nömrələrinin səhv salındığını, bununla bağlı həm elektron, həm də poçt vasitəsi ilə polis şöbəsinə müraciət etdiyini, həmin müraciətin qeydiyyata alınması barədə ona məlumat verilsə də, müraciətə hələ baxılmadığını bildirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim sənədlərlə müəyyən olunur ki, Nümayəndə Bakı şəhəri Sabunçu RPİ X2 Şöbəsinə rəsmi müraciət edərək ** UD *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi”markalı avtomobilin "xxxx" MMC-yə heç bir aidiyyətinin olmadığını, MMC-yə məxsus avtomobilin nömrəsinin **-JD-*** olduğunu qeyd edərək müvafiq səhvin aradan qaldırılmasını xahiş etmiş, 24 avqust 2023-cü il tarixdə vətəndaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətin 3-13-16/1-B-1134xx/xx/2023 nömrəsi ilə qeydiyyata alındığı bildirmişdir. Məhkəmə hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətə baxılmadığını, ** UD *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi”markalı avtomobilin "xxxx" MMC-nin mülkiyyətində olmasını təsdiq edən sənədin iş materiallarına əlavə edilmədiyini, həmin avtomobilin MMC-yə məxsus olub-olmaması ilə bağlı şübhələrin olduğunu və həmin haln MMC tərəfindən mübahisələndirildiyini nəzərə alaraq müvafiq müraciətə baxılmadan və həmin nəqliyyat vasitəsinin MMC-yə aidiyyətinin olub-olmaması dəqiqləşdirilmədən işə tam və hərtərəfli baxılmasını mümkün hesab etmir və inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin səlahiyyətli orqana geri qaytarılmasını əsaslı hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon X2 Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar