Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5437/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 19 noyabr 200-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bakı Brolyer Fabrikası ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, 21 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 10 iyul 2025-ci il tarixdə, saat 19 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Nexia” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi baş yolda sağ zolaqla hərəkətdə olan zaman köməkçi yola keçmək üçün sola dönmə edərkən yer dəyişmə zamanı manevr etmə qaydalarını pozması nəticəsində hərəkət istiqamətini dəyişmədən eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Toyota Aqua” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda bu qaydalara riayət etməyərək toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilin sərnişinləri olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətinin yetrilməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, "Daewoo Nexia" markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 10 iyul 2025-ci il tarixdə, saat təxminən 19:00 radələrində, “Daewoo Nexia” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində yerləşən köməkçi yoldan əsas yola çıxarkən, hərəkətini davam etdirmiş, Bu zaman əsas yolda yüksək surətlə hərəkətdə olan, **-UP-*** dövlət qeydiyyat nişanlı “Toyota Aqua” markalı avtomobil onun avtomobilinin ön sol qanad hissəsinə çırpılmış və nəticədə toqquşma baş vermişdir. Həmin vaxt avtomobilində həyat yoldaşı X1 olmuş, o heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxslərlə qarşılıqlı razılıq əsasında barışıq əldə olunmuş, onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Barışıq faktını təsdiq edən notarial qaydada təsdiqlənmiş ərizə aidiyyəti üzrə təqdim olunmuşdur. Məhkəmə iclasında Video konfrans vasitəsilə iştirakı təmin edilmiş şəxs Zərərçəkmiş şəxs2 bildirdi ki, 10 iyul 2025-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı müxtəlif bədən xəsarətləri almışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Şəxs ilə barışmış və həmin şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və Zərərçəkmiş şəxs3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin polis mayoru Altay Məmmədovun 10 avqust 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 10 iyul 2025-ci il tarixdə, saat 19 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Nexia” markalı **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi baş yolda sağ zolaqla hərəkətdə olan zaman köməkçi yola keçmək üçün sola dönmə edərkən yer dəyişmə zamanı manevr etmə qaydalarını pozması nəticəsində hərəkət istiqamətini dəyişmədən eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Toyota Aqua” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda bu qaydalara riayət etməyərək toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilin sərnişinləri olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətinin yetrilməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/6946 nömrəli, 10 iyul 2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, 10 iyul 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X2” X4 Sabunçu rayon şöbəsindən alınmış 1539 saylı xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 boyun şöbəsinin əzələ-bağ aparatının gərilməsi, boyun nahiyəsinin şişiknliyi-qançırı və təpə nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X2” X4 Sabunçu rayon şöbəsindən alınmış 1540 nömrəli, 05 avqust 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 burunun yumşaq toxumalarının əziyi və sağ bazu nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5437/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5437/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver