Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5442/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X10 nümayəndəsi Nümayəndə2, Şəxs nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 19 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və faəliyyət (kosmetoloji, revmotoloji) və sertifikatsız özəl tibb praktiki fəaliyyət ilə məşğul olma faktı (tibb bacısı Qocayevə Ayşə və tibb bacısı Abbasova Nailə) aşkar edilmişdir Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X10 nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və faəliyyət (kosmetoloji, revmotoloji) və sertifikatsız özəl tibb praktiki fəaliyyət ilə məşğul olma faktı (tibb bacısı Qocayevə Ayşə və tibb bacısı Abbasova Nailə) aşkar edildiyini qeyd edərək Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, yoxlama zamanı həqiqətən də klinikada göstərilən pozuntular olmuş, lakin hazırda həmin hallar aradan qaldırılmışdır. Xahiş edir ki, göstərilən hallar nəzərə alınmaqla MMC barəsində minimum həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 sentyabr 2023-cü il tarixli, 640 nömrəli “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada yoxlama aparılan zaman klinikada lisenziyanın şərtlərinə riayət olunmaması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməməsi və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi faktları aşkar edilmişdir. Həmin aktda göstərilmişdir ki, müəssisədə lisenziya üzrə görülən işlərə dair tibbi qeydiyyat sənədləri tərtib edilmir, heç bir qeydiyyat işləri icra edilmir. Ambulator xidmət üzrə tibbi statistik hesabatlar Səhiyyə Nazirliyinə təqdim edilmir. Klinikada lisenziyada göstərilən fəaliyyət əlavə kosmetoloji və revmatoloji iş üzrə də fəaliyyətin olduğu müşahidə edilmiş, o cümlədən, müsəssisədə sertifikasiya şəhadətnaməsi olmadan ğzəl tibbi praktiki fəaliyyət ilə məşğul olma fktı aşkarlanmışdır-X2-tibb bacısı, X4-tibb bacısı. 23 may 2023-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndan görünür ki, X5 Şəxs MMC-də əmək müqaviləsi üzrə revmotoloq kimi fəaliyyət göstərir və onunla revmotoloq kimi əmək müqaviləsi rəsmiləşdirilmişdir. Protokola əlavə edilmiş fotoşəkildən görünür ki, klinkada olan otaqlardan birinin qapısının yanındakı tabloda “X1 Gülzar” yazılmışdır. Protokola əlavə edilmiş digər fotoşəkillərdən görünür ki, klinikada olan otaqlardan birinin qapısında “Lazer epilepsiyası” yazılmış və otaqda həmin xidmət üçün avadanlıqlar quraşdırılmışdır. Protokola əlavə edilmiş digər fotoşəkillərdən görünür ki, klinikada olan otaqlardan birinin qapısında “Kosmetoloq” yazılmış və otaqda həmin xidmət üçün avadanlıqlar quraşdırılmış və bunun üçün işçi ayrılmışdır. Şəxs MMC-nin blankında tərtib edilmiş test nəticələrindən görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada revmo testlər keçirilməklə testlərin nəticələri hazırlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 19 may 2017-ci il tarixli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısı həmin lisenziyada göstərilmiş, lakin həmin işlər arasında kosmetoloji və revmotoloji xidmət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 19 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və faəliyyət (kosmetoloji, revmotoloji) və sertifikatsız özəl tibb praktiki fəaliyyət ilə məşğul olma faktı (tibb bacısı Qocayevə Ayşə və tibb bacısı Abbasova Nailə) aşkar olunmuş, bununla da Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatla yanaşı, 19 sentyabr 2023-cü il tarixli, 640 nömrəli “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktı, iş materiallarında olan test nəticələri, əmək müqavilsi bildirişi, MMC-yə məxsus klinikada lisenziyadan kənar fəaliyyətin həyata keçirilməsini təsdiq edən fotoşəkillər və inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən üquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 215.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 214.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 215.4cü maddəsinin sanksiyasının hədləri daxilində 6000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5442/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5442/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver