Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5450/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, dərzi işləyən, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olan, ünvan 1tı, fərdi ev ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 12 avqust 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:45-də Şəxs Zabrat-Kürdəxanı yolunda hərəkət edib, sola dönərkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə səmtini dəyişmədən düzünə hərəkət “DAEWOO BS” markalı, 10 – TH – 472 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuşdur. Nəticədə sonuncu avtomobildə olan sərnişin X6 yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zabrat-Kürdəxanı yolu ilə üzü Kürdəxanı qəsəbəsi istiqamətində sağ tərəfdən ikinci zolaqla təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən yolun sol hissəsinə, yəni İstixana kombinatı küçəsinə doğru dönüş etmək üçün dayanın qarşı əks yolda hərəkət edən avtomobilləri gözləmişdir. Bu zaman yanında olan qazel markalı avtomobil kor məsafə yaratmışdır. O, onunla birlikdə yolu keçdikdə qarşı əks yolda, yəni Zabrat- Kürdəxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində sağ tərəfdən ikinci zolaqda hərəkətdə olan “DAEWOO BS” markalı, 10 – TH – 472 dövlət qeydiyyat nişanlı 173 saylı sərnişin avtobusu düzünə hərəkət edərkən ön hissəsi ilə idarə etdiyi avtomobilin qabaq sağ hissəsindən vurmuşdur. Həmin vaxt avtomobildən düşüb avtobusun sürücüsünə yaxınlaşaraq kimdəsə xəsarət olub-olmamasını soruşmuşdur. Avtobusun sürücüsü heç kimin xəsarətinin olmadığını bildirmişdir. Daha sonra zərərçəkmiş şəxs qarnının ağrıdığını bildirmişdir, o da təcili tibbi yardım çağırmışdır. O avtomobili idarə edərkən sağ tərəfdən gələn avtomobili gözləyib sonra yoluna davam etməli idi, lakin bunu etməmişdir. Səhvini qəbul edir, qanunauyğun tədbir görülməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə 173 nömrəli sərnişin avtobusunda olmuşdur. Avtobus hərəkət edərkən istixana yolunun kəsişməsində anidən qarşı əks yolda hərəkətdə olan avtomobil gözləmədən qarşılarına doğru dönüş etmiş, avtobus əyləcdən istifadə etsə də, qarşısını ala bilməyib həmin avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o yüngül dərəcəli xəsarət almışdır. Şəxs onunla maraqlanmamışdır. Ona 3000 manat ziyan dəymişdir. Şəxs ona dəymiş ziyanı ödəmədiyi üçün ondan şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi Sabunçu Rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1840 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 bel-oma nahiyəsinin yumşaq toxumalarının əziyi, sol dirsək oynağı, sol bud və sol baldır oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Faiq İsayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, X4 və X6 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldıqlarından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ-si vasitəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon DYPŞ-nin 12 avqust 2024-cü il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Səfərova X7 Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təsirləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5450/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5450/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver