Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5456/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 25 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3250/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 500 manat inzibati cəriməni ödəməmiş, eyni zamanda Abşeron Rayon Məhkəməsinin 2(012)- 5442/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2604 manat aliment borcunu X4 ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. İlk əvvəl borclu Şəxs alimneti vaxtlı vaxtında ödəsə də, sonradan aliment borcu yaranmışdır. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, aylıq cəmi 386 manat aliment ödənilməli olduğu halda əvvəllər həmin məbləğlərdən artıq miqdarda aylıq alimenti ödəmiş, 2023-cü ilin may ayından işdən çıxdığından alimenti ödəyə bilməmiş, buna görə də iyun ayında İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan sonra avqust ayında 120 manat, sentyabr ayında isə 500 manat aliment borcundan ödəniş etmiş, qalıq borcu və cəriməni yaxın vaxtlarda ödəyəcəkdir, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5442/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olamqla, ümumilikdə, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş edilmişdir. borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarxili qərar icra edilməsi üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs məcburi qaydada Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi elan edilmişdir. borclunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, borclu Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3250/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. icraata başlamaq haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs 3(008)-3250/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarxili qərar icra edilməsi üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. tələbin könüllü icrası haqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs 2(012)-5442/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Kapitalbank tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus hesaba 2023-cü ilin avqust ayı ərzində 120 manat, sentyabr ayı ərzində 300 manat ödəniş edilmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İsmayılov X5 Naibə Adil qızına təqdim edilməsi üçün 200 manat ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında Şəxs tərəfindən hazırkı vaxtadək icra sənədinə əsasən təyin edilmiş alimentdən hissə-hissə olmaqla hər ay mütəmadi Zərərçəkmiş şəxs xeyrinə ödənişlərin edilməsi müəyyən edilmişdir. Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, icra sənədi üzrə aliment borcuna dair mütəmadi ödənişlər etmiş, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-5456/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5456/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver