Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5463/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Vüqar Mirzəyevin iştirakları ilə, xx.xx.1988-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə X3 əməkdaşlarını təhqir etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə X3 əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Sakitliyə dəvət edilmiş, lakin polisin qanuni tələblərinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə **-YP-*** nömrəli YPX əməkdaşları yük maşınını yoxlayan zaman sürücü yoldaşına zəng vurmuş və bu zaman polis əməkdaşları onu saxladığı üçün bilmədən əsəbi halda polis əməkdaşlarına söyüş söymüşdür. Daha sonra onu 12-ci Polis Şöbəsinə dəvət etmişlər, o da heç bir etiraz etmədən bölməyə getmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Vüqar Mirzəyev izahatında göstərmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixində X3 əməkdaşlarını təhqir etmişdir, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, göstəriş əsasında yük maşınını saxlayarkən Şəxs yol polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə X3 əməkdaşlarını təhqir etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə X3 əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Sakitliyə dəvət edilmiş, lakin polisin qanuni tələblərinə əməl etməmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; 25 sentyabr 2023-cü il tarixli tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarxində təxminən saat 12:45 radələrində **-YP-*** çağırışlı patrul avtomobili ilə xidmətdə olduqları zaman DAF markalı **-KD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlayıb şəhər ərazisində hərəkəti qadağan olduğu üçün barəsində İXM-nin müvafiq maddələri ilə protokol tərtib edib dayanacağa gedən zaman həmin sürücüyə zəng gəlmiş, sürücü telefonu səsgücləndiriciyə qoyub danışararq onu yol polislərinin saxladığını və avtomobilini dayanacağa apardıqlarını dedikdə zəng vuran şəxs yol polislərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra avtomobili dayanacağa gətirdiklərində isə zəng vuran vətəndaş dayanacaq ərazisinə gələrək polis əməkdaşlarının ünvanına təkrar nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşdirib, polisin qanuni tələblərinə riayət etməyə dəvət etdikdə o qaçmağa cəhd göstərmişdir. Həmin vətəndaşı zərərsizləşdrib digər YPX-i əməkdaşları əraziyə gəldikdən sonra patrul avtomobilinə əyləşdirib aidiyyəti üzrə 12-ci Polis Şöbəsinə təmin etmişdirlər. 25 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində 12-ci Polis Şöbəsinə gətirilmişdir. Sabunçu rayonu, 12-ci PŞ-nə gətirilən zaman Şəxs sol qolunun nahiyəsində sıyrıq xəsarəti aşkar edilmişdir. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə polis əməkdaşlarını təhqir edərək ictimai qaydanı pozmuş, bununla da, Dadaşov X1 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Belə ki, tərtib edilmiş raportlarda və inzibati xəta haqqında protokolda Şəxs 25 sentyabr 2023-cü il tarixdə X3 əməkdaşlarını nalayiq ifadələrlə təhqir etdiyi, sakitliyə dəvət edildiyi, lakin polisin qanuni tələblərinə əməl etməməsindən bəhs etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından, şahid Samir Əliyevin məhkəmə iclasında vermiş olduğu izahatlarından Şəxs heç bir tabesizlik etmədiyi müəyyən edilmişdir. Həmçinin, Şəxs 12-ci PŞ-nə gətirən polis əməkdaşlarının izahatı alınmamış, şahid qismində dindirilməsi üçün məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Dadaşov X1 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-5463/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5463/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver