Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-547/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, Xəlilova Könül Fərhad qızı tərəfindən Bakı şəhər Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xəlilova Könül Fərhad qızı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayət vermiş şəxs Xəlilova Könül Fərhad qızı və qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə şikayət vermiş şəxs Xəlilova Könül Fərhad qızınun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs Xəlilova Könül Fərhad qızı şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli qərara görə Bakı şəhər Xətai RPİ-nin DYPŞ əməkdaşı tərəfindən o Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, onun hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur və o heç bir qanun pozuntusuna yol verməmişdir. Polis əməkdaşı tərəfindən saxlandığı vaxt ona verilmiş icazə qüvvədə olmuşdur. xx xxxxx 2020ci il tarixdə rəsmi SMS icazəsi olmuş, polis əməkdaşı onu saxlayarkən rəsmi icazə əsasında hərəkət etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Belə ki, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə Xəlilova Könül Fərhad qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020ci il tarixli, TP ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi Xəlilova Könül Fərhad qızı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, Xəlilova Könül Fərhad qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və Xəlilova Könül Fərhad qızının şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı: xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair Xəlilova Könül Fərhad qızının şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-547/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-547/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver