Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5475/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 nümayəndəsi X6, Şəxs nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 20 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət, o cümlədən, səyyar xidmət (təcili tibbi yardım) stasionar ginekologiya fəaliyyəti aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək MMC-nin stasionar şəkildə ginekoloji xidmət göstərmək üçün lisenziyasının olmadığı halda qanunvericiliyin tələblərinə zidd olaraq MMC-nin stasionar formada ginekoloji xidmət göstərdiyini, bu halın iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığını, bununla yanaşı, təcili tibbi yardım avtomobili ilə səyyar tibbi yardım göstərildiyini qeyd edərək Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X3 izahatında göstərmişdir ki, əslində MMC-də fəaliyyət göstərən həkimlər sırf ginekoloji xidmət göstərməmişlər. Onlar səhhətində olan başqa problemə görə əməliyyat olunan xəstələrdə əməliyyat zamanı hər hansı ginekoloji müdaxilə tələb edən xəstəlik aşkar etdikdə eyni əməliyyat zamanı həmin problemi də aradan qaldırmışlar. Yəni, MMC ayrıca şəkildə hər hansı ginekoloji xidmət göstərməmişdir. Göstərilənlərin nəzərə alınaraq MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 20 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət-səyyar xidmət (təcili tibbi yardım) stasionar ginekologiya fəaliyyəti aşkar olunmuş, bununla da Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X4nin 20 sentyabr 2022-ci il tarixli, 478 nömrəli özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktından görünür ki, yoxlama zamanı MMC-də lisenziyadan kənar iş, fəaliyyət və xidmət: stasionar ginekoloji iş və fəliyyət və səyyar tibb xidməti-təcili tibbi yardım avtonəqliyyatı (avadanlıqla təchiz edilmiş qaydada, sürücü X7, sürücü X2 və təcili tibbi yardım həkimi X9) aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X4” Publik hüquqi şəxslərə daxil olmuş məlumatdan görünür ki, Şəxs MMC-yə yalnız ambulator və stasionar tibbi xidmət göstərmək üçün lisenziya verilmiş, stasionar tibbi xidmət üzrə göstərilən işlər sırasında isə ginekoloji xidmət nəzərdə tutulmamış, MMC-yə yalnız terapevtik, ümumi cərrahi, neyrocərrahi, plastik cərrahi, uroloji, travmatoloji-ortopedik, anestezioloji-reanimatoloji, oftakmoloji və otorinolarinqoloji işlər üzrə stasionar tibbi xidmət göstərmək lisenziyası verilmişdir. Ayrı-ayrı xəstələrə Şəxs MMC tərəfindən verilmiş "xxxx"nə dair sənədlərdən MMC-də xəstələrə ginekoloji xidmətlərin göstərilməsi aşkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatla (yəni, MMC-nin ginekoloji işlə məşğul olmaq üçün lisenziyasının olmadığı halda həkimlər tərəfindən digər xəstəliklə əlaqədar həyata keçirilən əməliyyat zamanı ginekoloji müdaxiləyə zərurət olduğu halda həmin əməliyyatın da həyata keçirilməsinə dair göstərilən hal) yanaşı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X4nin 20 sentyabr 2022-ci il tarixli, 478 nömrəli özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktı, iş materiallarında olan 0900059, 0923037, ******* nömrəli xəstəlik tarixləri, iş materiallarında əlavə edilmiş MMC-yə məxsus təcili tibbi yardım avtomobili ilə səyyar tibbi yardımın göstərilməsini təsdiq edən fotoşəkillər və inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən üquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5475/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5475/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver