Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5484/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, Barəsində İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1004/2023 saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8645/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindəki 6615 manat borcun ödənilməsi ilə bağlı tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən MN № ******* saylı, 26 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1004/2023 saylı, xx.xx.2021-ci il və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8645/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə olan 6615 manat məbləğində borcunu tələbkara ödənilməsindən üzrsüz səbəbdən yayınır. Ona görə də Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1004/2023 saylı, xx.xx.2021-ci il və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8645/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində qeyd olunan 6615 manat məbləğində borcu ödəməkdən yayınmır. Ona borcu tam məbləğdə ödəməsi üçün 1 ay müddət vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1004/2023 saylı, xx.xx.2021-ci il və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8645/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində qeyd olunan 6615 manat məbləğində borcu tam şəkildə ödənilməsini və borclu tərəfindən 1 ay müddətində ödənilməsi ilə bağlı ərizə ilə razılıq verdiyindən 26 sentaybr 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru 26 sentyabr 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tələbkarın və icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 26 sentyabr 2023-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-5484/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5484/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver