Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5515/2025 16.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 511.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin baş inspektoru, polis kapitanı Anar Qəmbərov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.3 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək digər sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru X3 yazılı ərizə təqdim edərək vətəndaş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola baxılması üçün protokol xx.xx.2025-ci il tarixli 3-13-49/2-31719/25 saylı məktubla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin rəis müavini Rauf Allahverdiyev tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru X2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Şəxs barəsində İXM-in 511.1.1-ci maddəsi ilə tərtib edilmiş protokolun baxılmadan geri qaytarılması xahiş olunur. Odur ki, məhkəmə hesab edir ki, protokolu tərtib edən şəxs onu geri qaytarılmasını xahiş etdiyindən onun bu hüququ nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, protokol tərtib etmək və həmin protokola baxılmadan geri qaytarılmasını xahiş etmək şəxsin hüququ olduğundan onun tərtib etdiyi protokolu baxılmadan geri tələb etmək hüququnun olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞnin baş inspektoru, polis kapitanı Anar Qəmbərov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.3 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin baş inspektoru, polis kapitanı Anar Qəmbərov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.3 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-5515/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5515/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver