Məhkəmə qərarları › İş №3(008)-5516/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5516/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5516/2025 16.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mayılov X9 Rayon Məhkəməsinin 2(008)-4044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməyərək AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borclu yalnız bu ay üçün aliment borcunu ödəməmişdir. Tələbkar həmin pulun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildimişdir ki, borclu davamlı şəkildə alimenti ödəmişdir. Lakin ödənişi tam şəkildə birdəfəlik deyil, hissə-hissə ödəmişdir. Son ay üzrə isə 520 manatdan 80 manat ödəmişdir. Qalan hissəsini isə ödəməmişdir. Son iki ayda borclunun kirayədə tutduğu evdə yaşamışlar. Həmin evin kirayə pulu olaraq 300 manatı da borclu özü ödəmişdir. Hazırda kirayə verən onun həmin evdə qalmasını istəmir və onu evdən çıxardır. O, borcludan hər ay birdəfəlik 470 manat alimentin ödənilməsini tələb edir, əks halda barəsində qanuna uyğun tədbir görülməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, hər ayın 11-nə kimi alimenti ödəmişdir. Birdəfəlik ödəyə bilməsə də 50, 20, 30, 100 manat olmaqla hər ayın 11-nə kimi uşaqların alimentini ödəmişdir. Bundan əlavə son iki aydır, tələbkarın qaldığı evin kirayə pulunu da o, ödəmişdir. Son ay üzrə 80 manat ödəniş etmişdir. Tam şəkildə ödəniş edə bilməməsinin səbəbi isə tələbkarın onun iş yerinə gəlib, nəlayiq ifadələrlə onu, valideynlərini təhqir edib səs küy salması olmuşdur, ona görə məcbur olub iş yerini bağlayıb çıxıb getmişdir. Əgər ödəmək niyyəti olmasa əvvəlki ayları da ödəməzdi. O, aliment ödəməkdən yayınmır. Sadəcə tələbkar ona işləməyə imkan vermədiyi üçün son ayın alimentini tam ödəyə bilməmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-4044/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və uşaqların 3 yaşı tamam olana qədər xx.xx.2024-cü il tarixdən etibarən hər ay, hər uşaq üçün 25 manat olmaqla cəmi 50 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4044/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4044/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmiş və bu bildiriş Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs hər ay davamlı olaraq aliment ödənişlərini həyata keçirmişdir. Bunu zərərçəkmiş şəxs özü də təsdiq etmişdir. Son ay üzrə də 80 manat ödəniş etdiyini bildirmişdir. Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini heç bir üzrlü səbəb olmadan ödəməməsi, aliment ödəməkdən yayınmaq niyyəti məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Şəxsin davamlı olaraq aliment ödənişini həyata keçirdiyi halda, son ay üzrə aliment ödənişini tam həyata keçirməməsi onun məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilə bilməz və onun AR İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar