Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5520/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, X1 iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Volodarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, ev 6 B-də yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2023 saylı, 01 noyabr 2023-cü il tarixli icra vərəqəsini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2023 saylı, 01 noyabr 2023-cü il tarixli icra əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1130/2022 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat aliment cavabdeh Şəxs tutulması qət edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tələbkar və borclu protokolun geri qaytarılmasına etiraz etmədiklərini bildirirlər. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və tələbkarın izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, borclu Şəxs barəsində inzibati xəta haqqında MN-2323049 nömrəli, xx.xx.2025-ci il tarixli protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda icra məmuru Rəşad Mustafayev tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 213801/19-V saylı ərizədən görünür ki, Şəxs barəsində tərtib edilmiş protokolun baxılmadan geri qaytarılması xahiş olunur. Odur ki, məhkəmə hesab edir ki, protokolu tərtib edən şəxs onu geri qaytarılmasını da xahiş etdiyindən onun bu hüququ nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli 213801/19-V saylı Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmurunun ərizəsi nəzərə alınmaqla, protokolu tərtib edən şəxs onu geri qaytarılmasını xahiş etdiyindən onun bu hüququ nəzərə alınmaqla, protokol baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-5520/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5520/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver