Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5533/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ DYPŞ-in YNH inspektoru polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, 27 fevral 1998-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, ali təhsilli, Həsən Əliyev, 80 D ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş 19 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “Mercedes Benz VİTO 115 CDİ” Minik maraklı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində sürücülük hüququ olmadan idarə edərkən AR İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ DYPŞ-in YNH inspektoru polis kapitanı X3 göstərmişdir ki, Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “Mercedes Benz VİTO 115 CDİ” Minik maraklı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində sürücülük hüququ olmadan idarə edərkən yolun sağ kənar zolağında sola manevr edib dayandığı yerdən hərəkətə başlayan “Kia” markalı, **-ON-*** dövlət qeydiyyat nömrəli avtomobili sağ yan hissəsindən vurmuş, nəticədə X1 maddi zərər dəymişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “Mercedes Benz VİTO 115 CDİ” Minik maraklı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində idarə edərkən yolun sağ kənar zolağında sola manevr edib dayandığı yerdən hərəkətə başlayan “Kia” markalı, **-ON-*** dövlət qeydiyyat nömrəli avtomobili sağ yan hissəsindən vurmuş və nəticədə həmin avtomobilin sürücüsünə maddi zərər dəymişdir. O, Azərbaycan Respublikasına 2019-cu ildə gələrək müvəqqəti yaşamaq icazəsi almış, sonradan onun icazə müddəti 07 iyul 2020-ci il tarixədək uzadılmışdır. Daha sonra pandemiya olduğundan onun müvəqqəti icazəsi uzadılmamış və Miqrasiya Xidmətindən ona bildirmişlər ki, o əvvəlki icazə kağızı ilə Azərbaycan Respublikası ərazisində qala bilər. Belə ki, pandemiya əlaqədar yollar bağlı olduğundan onun Gürcüstan Respublikasına qayıtması mümkün deyildi. 19 iyul 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, sürücülük hüququ olmayan şəxs olmasını bildikdən sonra Asan Xidmətə sürücülk vəsiqəsinin dəyişilməsi ilə bağlı müraciət etsə də, ona daimi yaşayış icazəsi olmadan sürücülük vəsiqəsini dəyişməsinin mümkün olmadığı bildirilmişdir. O, ümumiyyətlə yaşayış icazəsi aldıqdan sonra sürücülük vəsiqəsini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq dəyişməli olduğunu bilməmişdir. Əməlindən peşmandır. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 19 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “Mercedes Benz VİTO 115 CDİ” Minik maraklı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində sürücülük hüququ olmadan idarə edərkən AR İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ******* saylı elektron qərardan görünür ki, Ağajanov Ulpatın Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti 07 iyul 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2ci hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan şəxs dedikdə Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər başa düşülür. Həmin Məcəllənin 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan dedikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər başa düşülür. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikası ərazisində müvəqqəti olan və müvəqqəti yaşamaq icazəsi olan şəxsləri fərqləndirərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə onlar Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqları təqdirdə ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirmələrini, Azərbaycan Respublikası ərazisində müvəqqəti olan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmalarını imperativ qaydada müəyyən etmişdir. Hazırki halda iş materialları müəyyən edilir ki, Şəxs müvəqqəti olmaq üçün icazə almış, ona Azərbaycan Respublikası ərazisində müvəqqəti olmaq icazəsi verilmiş, hətta həmin icazənin müddəti uzadılmışdır. Sonradan pandemiya ilə əlaqədar olaraq onun Gürcüstan Respublikası ərazisinə qayıtması mümkün olmadığından o, Azərbaycan Respublikası ərazisini tərk edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında Ulpat Ağajanovun Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq icazəsinin olmasını təsdiq edən sənədin olmaması, məhkəməyə təqdim edilmiş sənəddə isə onun Azərbaycan Respublikası ərazisində müvəqqəti olan şəxs statusuna malik olması Ulpat Ağajanovun əməlində AR İXM-nin 332.4-cü maddəsinin olmasını istisna edir. Bu isə onun deməyə əsas verir ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almamışdır, müvəqqəti Azərbaycan Respublikasında olan əcnəbi şəxs isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsi, həmin yol-nəqliyyat hadisəsində Ulpat Ağajanovun təqsirli olması və hadisə zamanı zərərçəkmiş şəxsə maddi zərər vurması işin mübahisəsiz halları olsa da, AR İXMdə əməlin AR İXM-nin bir maddəsindən digər maddəsinə tövsif edilməsi və məhkəmənin şəxsi yeni maddə ilə təqsirli bilmək səlahiyyəti olmadığından hazırki halda Ulpat Ağajanovun əməlində AR İXM-nin 332.4-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.1-ci maddəsi ilə məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Ulpat Ağajanovun AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ulpat Ağajanovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində AR İXM-nin 332.4-cü maddəsinin tərkibi olmadığından xitam verilsin. Ulpat Ağajanovun AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Ulpat Ağajanovun AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5533/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5533/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver