Məhkəmə qərarları › İş №3(008)-5543/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5543/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5543/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X7, zərərçəkmiş şəxs X2, müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 26 yanvar 1981-ci il tarixdə Ağdaş rayonu, Yenicə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 13 aprel 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 03 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında X5 döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X9 izahatında bildirdi ki, Şəxs 03 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında X5 döymüşdür. Faktla bağlı təhqiqat aparılmış, cinayət işi başlanılması rədd edilmiş, nəticədə Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması aşkar olunmuşdur. Şəxs qaçıb gizləndiyindən inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış və bu gün həmin şəxs tapıldığından iş üzrə icraat təzələnərək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, onlar zərərçəkmiş şəxs X6 ilə rəsmi boşansalar da, o, zərərçəkmiş şəxsdən ayrılmaq istəmir. Bu səbəbdən o, tez-tez zərərçəkmiş şəxsin yaşadığı evə gedir. Hadisə günü zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış və o, qısqanclıq zəminində zərərçəkmiş şəxsi vurmuşdur. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, o, Şəxs ilə rəsmi qaydada boşanmasına baxmayaraq Şəxs onu rahat buraxmır və hər gün yaşadığı evə gələrək ona narahatçılıq yaradır. Hadisə günü Şəxs onun yaşadığı evə gələrək onunla mübahisə etmiş və onu vurmuşdur. Şəxs evli olarkən də onu tez-tez döyürdü. Ona görə də hazırda onunla barışmır və barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi, X2 ailəsinin “Münaqişəli ailə” kimi qeydiyyata götürülməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyi” X13 canlı şəxsin ekspertizasının 07 aprel 2021-ci il tarixli rəyindən görünür ki, X3 ənsə və sol said nahiyyələrinin qançırları müəyyən edilmiş, xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 03 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 03 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında X5 döymüşdür. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” 13 iyul 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Şəxs qaçıb gizləndiyindən inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. “İnzibati xəta haqqında dayandırılmış iş üzrə icraatın yenilənməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. 03 oktyabr 2022-ci il tarixli, AZA 017959 saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 03 oktyabr 2022-ci il tarixdə, saat 09:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” X13 canlı şəxsin ekspertizasının 07 aprel 2021-ci il tarixli rəyi, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «03» oktyabr 2022-ci il tarixdən saat 09:50-də protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «03» oktyabr 2022-ci il tarixdən saat 09:50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «03» oktyabr 2022-ci il tarixdən, saat 09:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar