Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5549/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ axtarış üzrə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qəbələ rayonu, Ziring kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Seratov küçəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında 30 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 21 iyul 2022-ci il tarixdə, saat 15:30 radələrində Sabunçu qəsəbəsi, D.Kişavari küçəsində sürücülük hüququ və etibarnamə olmadan hərəkətdə olarkən, manevr qaydalarını pozmuş, idarəetməni itirərək qarşı yola çıxaraq əks istiqamətdə düzünə hərəkətdə olan “Mercedes” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ axtarış üzrə inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənmiş, zərərçəkmiş şəxs öz avtomobilini təmir etmişdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, yol hərəkəti qaydalarını pozduğunu etiraf edir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı onlar tərəfindən ödənmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 30 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 21 iyul 2022-ci il tarixdə, saat 15:30 radələrində Sabunçu qəsəbəsi, D.Kişavari küçəsində sürücülük hüququ və etibarnamə olmadan hərəkətdə olarkən, msnevr qaydalarını pozmuş, idarəetməni itirərək qarşı yola çıxaraq əks istiqamətdə düzünə hərəkətdə olan “Mercedes” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Ramana yolu, D. Kişavari küçəsində “Mercedes” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ-21011 markalı 50BD981 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs xəsarət alması barədə məlumat daxil olmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində AR İXM-nin 327.2, 332.1 və 332.4cü maddələri ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarının surətinin Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 21 iyul 2022-ci il tarixli, 1/3775 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. 24 iyul 2022-ci il tarixli “Yol qəza hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etmək üçün” tərtib olunmuş aktdan görünür ki, vətəndaş X1 vəkalətlə məxsus olan “Mercedes C-200” markalı “**-KF-***” nömrəli dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 4678 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs iş materiallarında olan izahatından görünür ki, o, izahatında hərəkətdə olarkən səhhətinin pisləşməsi ilə əlaqədar idarəetməni itirib avtomobilin qarşı əks yola doğru istiqamətlənərək qarşı əks yolda öz zolağı ilə hərəkətdə olan Mercedes markalı avtomobillə toqquşduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə də həmin hal öz təsdiqini tapmışdır. Hazırki iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyası daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5549/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5549/2022
04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver