Məhkəmə qərarları › İş №3(008)-5572/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5572/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5572/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, direktoru olduğu “X13” MMC barəsində 10 iyul 2024-cü il tarixdə DƏMX tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 mübahisələndirilən 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X6 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onunla mobil telefon nömrəsi ilə əlaqə saxlanılan zaman məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə inzibati işə X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X2 14 iyun 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X2 ilə “X13” MMC arasında olan əmək müqaviləsinə xitam verilmiş və həmin bildiriş 13 iyun 2024-cü il tarixdə sistemə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 24-088K nömrəli, 13 iyun 2024-cü il tarixli əmrdən görünür ki, X2 ilə bağlanılmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə 13 iyun 2024-cü il tarixdən xitam verilməsi, işçinin 30 avqust 2023-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək istifadə edilməmiş 17 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 3(008)- 4863/2024 saylı qərarından görünür ki, “X13” MMC barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 3(103)-2070/2024 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 3(008)-4863/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Elektron sistemdən sərhədkeçmə ilə bağlı əldə edilmiş çıxarışdan görünür ki, X2 01 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edərək (Qroznuya getmişdir), 31 avqust 2024-cü il tarixdə yenidən Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Məhkəmə nümayəndənin çıxışını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli, X4 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarında “X13” MMC ilə X2 arasında bağlanmış əmək müqaviləsinə 13 iyun 2024-cü il tarixdə rəsmi qaydada xitam verilməsini və bu barədə tərtib edilmiş əmək müqaviləsi bildirişinin sistemə əlavə edildiyini, həmin tarixdən sonrakı tarixdə X1 X9 tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən hər hansı sənədin iş materiallarına əlavə edilmədiyini, əksinə iş materiallarında olan sənədlərlə bu halın mövcudluğunun istisna edildiyini nəzərə alaraq MMC-nin direktoru X4 əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi 13 iyun 2024-cü il tarixdən sonrakı tarixlərdə də bir neçə dəfə işəgötürən tərəfindən X1 Qarabağ zonasına getməsinə dair iş icazəsinin alınmasını göstərsə də, məhkəmə qeyd edir ki, AR İXM-nin 192.1-ci maddəsinin tərkibinin yaranması üçün işəgötürənin hər hansı şəxslə bağlı iş icazəsinin alması deyil, həmin şəxsin məhz əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinı yetirilməsinə cəlb edilməsi zəruridir ki, hazırda işəgötürən X9 tərəfindən X1 hər hansı işlərin yerinə yetirilməsi nəinki sübuta yetirilməmiş, iş materiallarında olan sübutlarla təkzib edilmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda vətəndaş X2 14 iyun 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilsə də, elektron sistemdən sərhədkeçmə ilə bağlı əldə edilmiş çıxarışla X1 01 iyul 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixədək ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmaması müəyyən edilmişdir ki, bu da qəbul edilmiş qərarın araşdırma aparılmadan düzgün olmayan məlumatlar əsasında qəbul edilməsinə dəlalət edir. Səlahiyyətli orqan tərəfindən 14 iyun 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək olan müddət işəgötürən tərəfindən iş icazəsinin alınması tarixləri nəzərə alınmaqla qərarda göstərilsə də, X1 01 iyul 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixədək ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmadığı halda onunla bağlı iş icazələrinin sistemdə olması həmin şəxsin adının sistemdən silinməməsi və bu səbəbdən də iş icazələri alınan işçilər arasında onun da adının formal olaraq görünməsi qənaətinə gəlməyə verir. Məhkəmə göstərilən halları, qanunvericiliyin tələblərini, o cümlədən, eyni inzibati xəta ilə bağlı X4 direktoru olduğu “X13” MMC ilə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilən mövqeyi nəzərə alaraq hesab edir ki, X4 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Odur ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, X4 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X9 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X9 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar