Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5576/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Sabunçu RPİ DYPŞ-nə tərəfindən İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Həmin inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəmədə araşdırılarkən müəyyən olundu ki, Şəxs ona tərtib olunmuş xx.xx.2023-ci il tarixli İXP ******* saylı inzibati protokol əsasında ona tətbiq olunmuş cəriməni qanunla müəyyən olunmuş əsaslar olmadan 3 aydan artıqdır ki, ödəmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğuna görə ümumilikdə 40 manat miqdarında cərimə olunması barədə qərar qəbul edilmişdir. Şəxs barəsində tətbiq edilmiş cəriməni qanunla müəyyən edilmiş 3 ay müddətində ödəmədiyinə görə barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Sabunçu RPİ DYPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişlər və işin təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələblərini pozduğuna görə ümumilikdə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında Şəxs barəsində tərtib olunmuş protokol əsasında tətbiq olunmuş cərimənin ödənilməsi barədə məlumat yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev İş № 3(008)-5575/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 05 oktyabr 2023-cü il Bakı şəhəri SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Sabunçu RPİ DYPŞ tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxır. Sədrlik Edən saat 14:40-da məhkəmə iclasını açıq elan edir və hansı işə baxıldığını bildirir. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və Sabunçu RPİ DYPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edib QƏRARA ALDİ: Məhkəmə iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Sabunçu RPİ DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan davam etdirilir. Sədrlik edən İş materiallarında olan İXP ******* saylı, xx.xx.2023-cü -cü il tarixli protokolu elan edir. Sədrlik edən baxılan material üzrə sənədləri araşdırır və təqdim olunmuş sənədləri tədqiq edir. Sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını elan edirəm. Sədrlik edən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması üçün müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qərarı elan edir. Məhkəmə iclasını bağlı elan edirəm. Sədrlik edən: Katib: İş № 3(008)-5575/2023 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA QƏRARDAD 05 oktyabr 2023-cü il Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə materiala baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ DYPŞ X4 barəsində toplanmış inzibati material məhkəməyə daxil olmuşdur. İş materialları ilə tanış olub hesab edirəm ki, iş aidiyyatı üzrə düzgün göndərilib. İşin məhkəmədə baxılmasını istisna edən hallar yoxdur. İnzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. İşin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Qeyd olunanlara nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati materialın baxılması məhkəmənin icraatına qəbul edilsin.
2. İşin məhkəmə iclası 01 fevral 2023-cü il tarixə, saat 17:40-a məhkəmə binasına təyin edilsin.
3. İş üzrə tərəflər məhkəməyə çağırılsın.
Hakim: Anar Rzayev
AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ
AZ 1040, Bakı şəhəri, Tel: (012) 452-53-40 Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8” Faks: (012) ***-**-** www.sabuncucourt.gov.az Elektron ünvan
İş № 3(008)-6621/2013 26 may 2022-ci il
SABUNÇU RPİ DYPŞ X1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa q, Südçülük tərəvəzçilik sovx, ev 21A
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-461/2013 saylı, xx.xx.2022-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir.
Qoşma: Qərarın surəti «01» vərəqədə
Hakim: Anar Rzayev