Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5598/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, sürücü işləyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 25 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində YPX və PPX-nin əməkdaşlarının qanuni tələblərini qəsdən pozaraq tabesizlik göstərmişdir. Eyni zamanda 25 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda qeyd edilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində YPX-nin və PPX-nin əməkdaşlarını nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru X9 hər iki protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, içkili olduğu üçün toy məclisindən anası ilə birgə çıxıb ayıq sürücü çağırmış, avtomobilə əyləşdikdən sonra ayıq sürücüdən başındakı kaskanı çıxartmağı istəmişdir, ayıq sürücü ona məhəl qoymaraq avtomobili biraz idarə edib dayanmış və çıxıb getmişdir. Daha sonra Yol polis əməkdaşları onu saxlamış, bu zaman o, içkili olduğu üçün yol polisi əməkdaşları ilə çox pis rəftar etmiş onları təhqir etmişdir. Yol polisi əməkdaşları kömək məqsədi ilə PPX-nin əməkdaşlarını çağırmışlar. PPX əməkdaşları gəldikdən sonra onların qanuni tələblərinə məhəl qoymaraq onların da ünvanına nalayiq ifadələr səsləndirmiş, onlara qarşı tabesizlik göstərmişdir. Törətdiyi əməlindən peşman olduğunu və polis əməkdaşlarının hər birindən ayrı ayrılıqda üzr istədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X17 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru X10 izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında onlar vətəndaş Şəxs saxlayıb özlərin təqdim etmişlər, sürücü ağır dərəcədə sərxoş olduğundan anası onlara yaxınlaşaraq köməklik göstərməsini xahiş etmişdir. Onlar vətəndaşı tibbi müayinəyə aparmaq istəyərkən avtomobilin qapısını açıb düşməyə çalışmışdır. Bu zaman onlar avtomobili saxladıqda vətəndaş avtomobildən düşərək küçədə nalayiq ifadələr səsləndirərək onları təhqir etmişdir. Daha sonra onlar PPX əməkdaşlarının qaynar xəttinə zəng edərək kömək istəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X17 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru X5 digər şahid X4 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X7 izahatında görsətmişdir ki, vətəndaş Şəxs yol polis əməkdaşlarına tebesizlik görsətdiyi üçün ona yaxınlaşıb Postpatrul avtomobilinə əyləşdirib Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparmaq istədikdə onlara qarşıda nalayiq ifadələr səsləndərmiş, tabesizlik görsətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X1 digər şahid X2 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin rəisi X6 RPİ-nin PPXB-non polis nəfərləri Emin Həsənov və Turqay İsgəndərov tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:40 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində xidmət apararkən 524 çağırışlı yol patrul xidmətinin çağırışı ilə bir nəfər şəxsin onlara tabesizlik etdiyi bildirdilər. Onlar həmin yerə yaxınlaşmış və vətəndaşı şöbəyə dəvət etmək istədikdə, həmin şəxs onlara nalayiq ifadələr işlədərək tabesizlik göstərməyə başlamışdır. Onlar həmin şəxsə fiziki qüvvə tətbiq etdərək avtomobilə əyləşdirmiş və 13-cü PŞ-nə təmin etmişlər. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin rəisi Anar Süleymanova BPİ-nin DYP YPX inspektoru Yusif Nağıyev və Rafiq Alıyev tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində xidmətdə olduqları zaman “Toyota Prius” markalı **-HT- *** d/q avtomobil manevr qaydasını pozduğu üçün saxladıqları zaman avtomobili idarə edən sürücünün viziual baxışdan sərxoş olması tərəflərindən müyyən olundu. Onlar vətəndaşa sərxoşluq müəssisəsinə getməyini bildirdikdə, onların qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələrlə təhqir etmiş, xidməti fəaliyyətlərinə maneəçilik yaradaraq müayinəyə getməyəcəyini bildirirərək tabesizlik görsətmişdir. Onlar həmin vətəndaşdan polisin qanuni tələbinə tabe olmağa tələb etdikdə, həmin vətəndaş öz əməlinə davam etdiyi üçün ünvana kömək məqsədi ilə PPX-nin növbətçi heyətinin üzvlərini çağırmışlar. Ünvana PPX 6870 çağırışlı avtopatrul yaxınlaşaraq həmin şəxsi avtopatrula əyləşdirib sərxoşluq müayinəsinə apardıqdan sonra barəsində qanuni tədbir görülməsi üçün 13-cü PŞ-nə gətirmişlər. Bildirmək istəyirlər ki, Şəxs 2.06 promil dərəcəli sərxoşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:40-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsiri Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında protokollar, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq edilməli, həbsetmənin əvvəli 24 sentyabr 2025-ci il tarixdən saat 01:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 24 sentyabr 2025-ci il tarixdən saat 01:40-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(008)-5598/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5598/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver