Məhkəmə qərarları › İş №3(008)-56/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-56/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-56/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X12 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4 LTD”nin nümayəndəsi X3 iştirakları ilə, “X4 LTD”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “X4 LTD”nin törətdiyi inzibati xəta barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən 11 sentyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən “X4 LTD” tərəfindən neftli suların təmiz torpaq ərazilərinə axıdılması və neftdən ayrılan lay sularının “Hövsan” kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılması nəticəsində Ekoloji qanunvericiliyin və İXM-nin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X7 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 09.09.2020-ci il tarixli, 00029 saylı qərarına, sahibkarlıq subyektində aparılacaq araşdırmaya dair KY ********* saylı İqtisadiyyat Nazirliyinin çıxarışına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə sakinləri tərəfindən neftli suların təmiz torpaq ərazilərinə axıdılması, pis qoxunun gəlməsi, neftdən ayrılan lay sularının “Hövsan” kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılması ilə əlaqədar 23 iyul 2020-ci il tarixli müraciət məktubunda qeyd olunanlar “X4 LTD” şirkətində, şirkətin Texniki istehsalat departamentinin direktoru Məmməd İmanovun iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı “X4 LTD” tərəfindən neftli suların təmiz torpaq ərazilərinə axıdılması və neftdən ayrılan lay sularının “Hövsan” kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılması müəyyən edilmişdir. Buna dair 11 sentyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Məmməd İmanov aktla tanış olsa da, aktı imza etməkdən imtina etmişdir. Qeyd olunan akt əsasında “X4 LTD” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə 11 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək tərəfə və baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokolun təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında “X4 LTD”nin nümayəndəsi X11 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsassızdır. Protokolda “X4 LTD” şirkəti tərəfindən neftli suların təmiz torpaq ərazilərinə axıdılması və neftdən ayrılan lay sularının “Hövsan” kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılması göstərilsə də, şirkət tərəfindən qeyd olunan pozuntulara yol verilməmiş, həmçinin su obyektlərinin mühafizəsi qaydaları pozulmamışdır. Bundan əlavə, X2 Xidmətinin əməkdaşları “X4 LTD”də şirkətin nümayəndəsinin iştirakı ilə araşdırma apardıqlarını və buna dair 11 sentyabr 2020-ci il tarixli akt tərtin olunduğunu qeyd etsələrdə, araşdırmada şirkətin hər hansı bir nümayəndəsi iştirak etməmişdir. Həmçinin şirkətdə su obyektlərinin çirklənməsinin, zibillənməsinin, suların zərərli təsirinin qarşısını alan qurğular və avadanlıqlardan istifadə olunur. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X9 Agentliyinin məktubunda da, qeyd olunduğu kimi “X4 LTD” tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar edilməmişdir. 06.11.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin baş məsləhətçi-müfəttişi vəzifəsində çalışır. Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə sakinləri tərəfindən neftli suların təmiz torpaq ərazilərinə axıdılması, pis qoxunun gəlməsi, neftdən ayrılan lay sularının “Hövsan” kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılması ilə əlaqədar 23 iyul 2020-ci il tarixli müraciət məktubuna əsasən “X4 LTD” şirkətində araşdırılma aparılmış, araşdırma zamanı neftdən ayrılan lay sularının təmizlənmədən, zərərsizləşdirilmədən, heç bir moitoring keçirilmədən birbaşa “Hövsan” kanalına və oradan Xəzər dənizinə axıdılması müəyyən edilmişdir. Qanunla yeraltı horizontlardan çıxan lay su neftdən ayrıldıqdan sonra heç bir su ilə təmasda olmadan çənlər vasitəsi ilə nasosxanlara getməli, orada digər kimyəvi riogentlər əlavə olunduqdan sonra yeraltı quyularda olan filtirasiyadan keçməlidir. Qanunla qoyulan normalar “X4 LTD” şirkəti tərəfindən tam şəkildə icra edilmir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını, şahid ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarında olan 11 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, M.İmanovun, N.Kərimovun, B.Seyidovun və C.Məmmədlinin iştirakı ilə “X4 LTD”-də yoxlama aparılmış və yoxlama zamanı neftli suların təmiz torpaq ərazilərinə axıdılması və neftdən ayrılan lay sularının “Hövsan” kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılması müəyyən edilmişdir. İş materiallarında olan “X6 LTD” şirkətinin X10 və X16 ərazisində radioloji va kimyəvi monitoriqin aparılması haqqında 14.04.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən “X6 LTD” şirkətinin X10 vı X16 ərazisində Radiasiya va kimya laboratoriyasının mütəxəssisləri tərəfindən “radiogen 2000”, “Altair 5x” va “Gasalert mikro 5x” cihazlari vasitəsilə radioloji fon va kimyəvi şəraiti yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, radiasiya şəraitinin səviyyəsi 0,07-0,12 mkZv/saat müəyyən olundu va bu da təbii fona uygundur (yol verilən maksimum hədd 0,2 mkZv/saat). Kimyəvi şəraitin yoxlanması zamanı azot oksid, kukurd oksid, hidrogen sulfid, dəm qazı və xlor oksidi qazlarının mövcudluğu aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X9 Agentliyinin 22.04.2021-ci il tarixli 37/34-01526 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 5-ci Mədən ev 17 unvanında yerləşən “X4 LTD” tərəfindən axıdılan neftli sularin və zərərli maddələrin miqdari yol verilə bilən normadan artıq deyil; “X4 LTD” tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aidiyyati üzrə aşkar edilməmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqinda protokol və iş materiallarının hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən “X4 LTD” tərəfindən neftli suların təmiz torpaq ərazilərinə axıdılması və neftdən ayrılan lay sularının “Hövsan” kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılması nəticəsində Ekoloji qanunvericiliyin və İXM-nin tələbləri pozulması əsasında hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, məhkəmənin 06.11.2020-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sanayedə işlərin Təhlükəsiz Görülməsi və X9 Agentliyi tərəfindən keçirilmiş ekspertiza nəticəsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 5-ci Mədən ev 17 unvanında yerləşən “X4 LTD” tərəfindən axıdılan neftli sularin və zərərli maddaələrin miqdari yol verilə bilən normadan artıq deyil; “X4 LTD” tərəfindən su obyektlərinin mühafizasi qaydalarının pozulması faktı aidiyyati üzrə aşkar edilməmişdir. Bu barədə 14.04.2021-ci il tarixdə akt tərtib edilməklə rəyə əlavə edilmişdir. Məhkəmə işin araşdırılan halları ilə müəyyən olunur ki, “X4 LTD”-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: “X4 LTD”-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar