Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5601/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində ünvanında yaşayan - X4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Evinin qabağında tikilən “Family Dent” klinikasında stomatoloq-həkim kimi işləyir və adına fiziki şəxs kimi VÖEN açılmış və həmişə vaxtında ödənişləri etmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X1 Nəzarət Şöbəsinin baş mütəxəssisi X3 19 iyul 2023-cü il tarixdə saat 14:15-də ona məxsus klinikaya gələrək lisenziya tələb etmiş, o isə onlara hazırda klinikanın sənədlərini yoluna qoyaraq səndləşdirmə işlərini hazırda düzəltdirdiyini bildirmişdir. Lakin bildirdiyi fikirlərə baxmayaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. O vəzifəli şəxs deyil, VÖEN açmış fiziki şəxs olduğunu bildirmişdir. 19 iyul 2023-cü il tarixdə həmin protokol əsasında barəsində MN ******* saylı, 20 iyul 2023-cü il tarixli inzbati tənbeh vermə haqqında qərar qəbul edilərək, 5000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan məlumatı olmamış, Göyçay Rayon İcra şöbəsindən ksero surətini alaraq əldə etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X1 Nəzarət Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və həmin protokol əsasında çıxarılmış xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini, başlanmış icraata xitam verilməsi barədə qərar edilməsini xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X6 barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, X6 ********** nömrəli VÖENə malik olmaqla vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********492100 nömrəli məktubunda göstərilmişdr ki, X6 xx.xx.2011-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, yenidən müraciəti əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və yenidən müraciəti əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X4 vəzifəli şəxs kimi Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yerləşən stomotoloji kabinetdə lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, inzibati xətanın törədildiyi tarixdə Əziz Ədilovun səlahiyyətli, yəni vəzifəli şəxs olub–olmamasını müəyyən etməmişdir. Yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 İnzibati Xətalar Məcəlləsinin məhz 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində vəzifəli şəxs kimi təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Belə ki, iş materillarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********492100 nömrəli məktubundan məlum olmuşdur ki, X6 xx.xx.2011-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınsa da, rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, yenidən müraciəti əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və yenidən müraciəti əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-5601/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5601/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver