Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5601/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac Ə/D, Qaraağac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, 03 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 03 sentyabr 2025-ci il tarixdə, saat 15:10 radələrində, Şəxs etibarnamə əsasında idarə etdiyi «Lifan» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində, Zabrat körpüsü yaxınlığında hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq düzgün ara məsafəsi seçməmişdir. Nəticədə, qarşısında svetoforun qırmızı işığında dayanmış vəziyyətdə olan, X2 idarə etdiyi «Toyota Aqua» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Toqquşma nəticəsində X4 yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. 03 sentyabr 2025-ci il tarixdə, saat 15:10 radələrində o, etibarnamə əsasında idarə etdiyi «Lifan» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində, Zabrat körpüsü adlanan yerdə təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən, işıqforun qırmızı işığında dayanıb gözlədiyi vaxtda, qarşıda olan «Toyota Aqua» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili görmədiyinə görə həmin nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində hər iki avtomobilə mexaniki zədə dəymiş, özü də yüngül dərəcəli bədən xəsarəti almışdır. Aldığı xəsarətə görə o, hadisə zamanı avtomobildən enərək digər sürücüyə kömək göstərə bilməmişdir. Lakin onun arxasınca özünə məxsus avtomobillə hərəkət edən oğlu dərhal hadisə yerinə yaxınlaşaraq digər sürücüyə köməklik göstərmiş və təcili tibbi yardım xidməti çağırılmışdır. O, İ Qarabağ müharibəsi iştirakçısıdır, ailəsinin maddi təminatını əsasən idarə etdiyi avtomobil vasitəsilə əldə etdiyi qazanc hesabına təmin etmişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomobil yararsız vəziyyətə düşdüyündən hazırda hər hansı maddi gəlir mənbəyi yoxdur. Bundan əlavə, zərərçəkmiş şəxs ilə barışıq istiqamətində aparılan danışıqlar zamanı zərərçəkmiş şəxs ona yeni avtomobil alınmasını, həmçinin sığortadan alınacaq vəsaiti və hazırkı vəziyyətdə olan avtomobili özlərinə götürməyi təklif etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük hüququna malikdir. 03 sentyabr 2025-ci il tarixdə, saat 15:10 radələrində o, özünə məxsus «Toyota Aqua» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində, Zabrat körpüsü adlanan yerdə hərəkətdə olmuşdur. İşıqforun qırmızı işığı yandığından o, hərəkəti dayandıraraq dayanma vəziyyətinə keçmişdir. Təxminən bir neçə saniyə keçdikdən sonra onun idarə etdiyi avtomobilə arxa tərəfdən digər bir nəqliyyat vasitəsi toqquşmuşdur. Hadisənin təsirindən qısa müddət ərzində şok vəziyyətində olmuş, baş verənləri dərhal dərk edə bilməmişdir. Qarşı tərəfdə dayanan avtobus sürücüsü ona yolnəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Avtomobildən düşdükdə müəyyən etmişdir ki, onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılan avtomobil «Lifan» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobildir. O, təxminən 7–8 dəqiqə ərzində şok vəziyyətində qalmış, özünə gəldikdən sonra digər avtomobilin sürücüsünə yaxınlaşaraq diqqətli olmasını və qaydalara riayət etməsini bildirmişdir. Hadisədən qısa müddət sonra aldığı xəsarətlərin təsiri ilə halı pisləşmiş, qıcolma (qıc) vəziyyəti yaşamışdır. Hadisə yerinə onun atası gəlmiş, dərhal təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım vasitəsilə o, xəstəxanaya aparılmış və orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisənin baş verdiyi ərazidə sürət həddi 50 km/saat olmuşdur. X1 hadisə zamanı toqquşan «Lifan» markalı avtomobilin salonuna baxarkən, sürətölçənin göstəricisinin 100 km/saat həddində dayandığını müşahidə etmişdir ki, bu da hadisənin baş verməsinə birbaşa səbəb olmuşdur. Sığorta şirkəti tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, «Toyota Aqua» markalı avtomobilə dəymiş zərərin məbləği 8.000 (səkkiz min) manat müəyyən edilmiş, lakin zərərçəkmiş şəxsə yalnız 5.000 (beş min) manat ödənilmişdir. O, yaranmış fərq 3.000 (üç min) manat məbləğində maddi ziyanın da ödənilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin polis mayoru Məhəmmədəli Fətəliyevin 10 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 03 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, 03 sentyabr 2025-ci il tarixdə, saat 15:10 radələrində, Şəxs etibarnamə əsasında idarə etdiyi «Lifan» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində, Zabrat körpüsü yaxınlığında hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq düzgün ara məsafəsi seçməmişdir. Nəticədə, qarşısında svetoforun qırmızı işığında dayanmış vəziyyətdə olan, X2 idarə etdiyi «Toyota Aqua» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Toqquşma nəticəsində X4 yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 2046 nömrəli, 09 sentyabr 2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X3 ağrı simptonu ilə müşayiət olunan sol alın-təpə nahiyəsinin dərialtı hematoması və sıyrığı, ağrı simptonu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan boyunun əzələ-bağ aparatının gərilməsi müəyyən edilmişdir. Sərxoşluq hallannın bütün növlərinin təyini məqsədi ilə aparılan 2/9262 nömrəli, 03 sentyabr 2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin iş materiallarına olan yazılı izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, müharibə iştirakçısı olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5601/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5601/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver