Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5604/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərcəkmiş şəxs X1, tərcuməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2i yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da idarə etdiyi “Chevrolet Cruse” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobili ilə piyada keçidi ilə yolu keçən piyadaları vuraraq onların sağlamlığına xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Chevrolet Cruse” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu rayonu, Dərnəgül şossesindən üzü Zabrat dairəsi istiqamətində “Olimpia” stadionunun qarşısı ilə saatda 60-70 km sürətlə hərəkət edən zaman piyada zolağı ilə yolu keçən iki nəfər piyadanı vurmuşdur. Həmin yolun işıqlandırılması çox zəif olduğundan və havanın qaranlıq olması səbəbindən yolu keçən piyadaları görməmişdir. Piyadalara vurduğu zərəri tam şəkildə qarşılamışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Zərərcəkmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 22:30 radələrində nişanlısı Zərərçəkmiş şəxs ilə birlikdə Sabunçu rayonu, Böyükşor parkından “Olimpia” stadionu istiqamətində piyada keçidi ilə yolu qarşı tərəfə keçən zaman “Chevrolet Cruse” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobil onları vurmuşdur. Bundan sonra həmin avtomobilin sürücüsü onları xəstəxanaya aparmışdır. Hadisə nəticəsində o, yüngül dərəcəli bədən xəsarəti almış, Zərərçəkmiş şəxs isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Onlara vurulan ziyan tam şəkildə ödənilmişdir, Şəxs ilə barışmışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X5 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən məlum olur ki, vətəndaş Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, «Chevrolet Cruze” markalı ** TX *** d.q.n avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 1412 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs omba sümüyünün, sağ qasıq sümüyünün, sağ baldırda incik və sağ diz qapağı sümüklərinin qapalı sınıqları; sağ diz oynağının ön və arxa çarpaz bağının gərilməsi və cırılması; sol bazu nahiyəsinin, döş qəfəsinin və sağ ayağın sıyrıqları; sol əlin və sağ diz oynağı nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 1413 saylı ekspert rəyinin surətindən görünür ki, X2 ənsə nahiyəsinin dərialtı hematoması; sağ dirsək və sol mil oynağı nahiyələrinin, döş qəfəsinin, sağ bel nahiyəsinin, hər iki əlin sıyrıqları müəyyən edilmişdir, Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə umilikdə sağlamlığın qısa müddətə pozuımasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2008-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2028-ci il tarixədək qüvvədə olan B kateqoriyalı AF 023072 nömrəli sürücülük vəsiqəsi verilmişdir. X1 və Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizələrinin surətindən görünür ki, onların Şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, onunla barışmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən inzibati məsuliyyəti yüngülləşdirən hal hesab olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, onlara dəymiş ziyanın ödənilməsini, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5604/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5604/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver