Məhkəmə qərarları › İş №3(008)-5622/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5622/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5622/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Fuad Qazıyevin iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 03 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində L.Məmmədbəyli küçəsində Sabunçu RPİ PPXB əməkdaşlarına qarşı təhqir və əl qaldıraraq qanuni əmrə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Fizza adlı restorana daxil olmuş orada spirtli içki qəbul etmişdir. Daha sonra restoranda başqa bir şəxslə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı polis əməkdaşları gəlmiş və onu Polis bölməsinə gətirmişlər. Poli tərəfindən ona fiziki güc tətbiq edilmişdir. Beləliklə o, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Fuad Qazıyev 03 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 03 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-c ü il tarixdə saat 23:30 radələrində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Sabunçu RPİ-nin TPXB-nin polis əməkdaşları F.Əlizadə, T.Hüseyinov, İ.Hüseyinov, A.Nəsirli tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il trarixində saat 23:30 radələrində Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində xidmətdə olarkən Fizzə Kafesində səs-küy olduğunu eşitmişdirlər. Dərhal deyilən həmin ünüvana yaxınlaşmışdırlar. Oranı işlədən şəxs onlara yaxınlaşaraq 1 nəfər şəxsin söyüş söyərək kafenin mətbəxinə qaçıb bıçaq götürmüş və vətəndaşların üzərinə hücüm etdiyini bildirmişdir. Polis əməkdaşları ora yaxınlaşaraq özlərini təqdim etmiş həmin şəxsin hərəkətlərinə son verməsini tələb etmişdirlər. Həmin şəxs vətəndaşların arasında polisin şərəf və ləyaqətini alçaldaraq küçə söyüşlərindən istifadə edərək onlara hücüm etmiş və zərbələr endirməyə başlamışdır. Onlar da fiziki qüvvədən istifadə edərək onu zərərsizləşdirmiş, 6852 Çağırışlı AP-ni köməyə çağırmışdırlar. Həmin şəxs yenidən müqavimət göstərərək özünü ora-bura çırparaq özünə xəsarət yetirmişdir. Həmin şəxsi yenidən fiziki qüvvədən istifadə edərək BPŞ-nə təmin etmişdirlər. Bu zaman kafenin işçiləri X7 və X4 bölməyə dəvət olunmuşdurlar. Bölmədə onlara tabesizlik göstərmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. X1 izahatından görünür ki, xx.xx.2023-cü il tarixidə saat 23:30 radələrində Leyla Məmmədbəyli küçəsində 7-ci post onları köməyə çağırmış, Fizzə kafesinə yaxınlaşdıqda vətəndaş polis əməkdaşlarına tabesizlik göstərmiş və nalayiq ifadələrdən istifadə etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb ondan sakit olmasını tələb etdikdə həmin şəxs onlara da fiziki qüvvədən istifadə etməklə tabesizlik göstərmişdir. Polisin qanuni tələblərinə tabe olmayaraq küçə söyüşlərindən istifadə etmişdir. Həmin şəxs avtopatrula əyləşdirildikdə öz özünə zərbələr vurmuşdur. Polis əməkdaşları onu 13-cü PŞ-nə təmin etmişdirlər. Hüseynov İbadətin izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:30 radələrində Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində 7-ci post onları köməyə çağırmış, Fizzə kafesinə yaxınlaşdıqda vətəndaş polis əməkdaşlarına tabesizlik göstərmiş və nalayiq ifadələrdən istifadə etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb ondan sakit olmasını tələb etdikdə həmin şəxs onlara da fiziki qüvvədən istifadə etməklə tabesizlik göstərmişdir. Polisin qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələrdən istifadə etmişdir. Həmin şəxs avtopatrula əyləşdirildikdə öz əli ilə başına vurmuşdur. Polis əməkdaşları onu 13-cü PŞ-nə təmin etmişdirlər. X2 izahatında görünür ki, xx.xx.2023-cü il saat 23:00 radələrində tanımadığı şəxs içəri girərək bıçaqla hücum etmişdir. Çölə çıxdıqda polis əməkdaşları gəlmiş və onu sakitləşdirməyə çalışmışdır. O isə polisə müqavimət göstərmişdir. X3 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində 7-ci post xidmət aparan zaman Fizzə restoranında vətəndaşın yüksək səslə küçə söyüşlərindən istifadə edərək bıçaqla vətəndaşların üzərinə hücum etmişdir. Dərhal ona yaxınlaşıb bu hərəkətlərinə son qoymağını tələb etmiş və 6852 Çağırışlı AP-ni köməyə çağırmışdırlar. Həmin şəxs yenidən müqavimət göstərərək nalayiq ifadələrdən istifadə etmiş və polisə zərbələr endirmişdir. Həmin şəxs avtopatrula əyləşdirildikdə öz əli ilə başına vurmuşdur. Polis əməkdaşları onu 13-cü PŞ-nə təmin etmişdirlər. Bölmədə olarkən yenidən polisə qarşı nalayiq ifadələrdən istifadə etmişdir. X5 izahatından görünür ki, xx.xx.2023-cü il tarixində saat 23:00 radələrində bir nəfər Fizzə kafesinə daxil olub köynəyini başına çəkib ondan bıçaq istəmiş daha sonra bakalı götürüb küçəyə çıxmışdır. Küçədə başqa bir şəxslə dalaşmağa başlamış, polis əməkdaşları bunu görüb onları ayrımağa çalışmışdırlar. Həmin şəxs müqavimət göstərərək nalayiq ifadələrdən istifadə etmiş və polisə zərbələr endirmişdir. Avtopatrula əyləşdirildikdə öz əli ilə başına vurmuşdur. Polis əməkdaşları onu 13-cü PŞ-nə təmin etmişdirlər. Elektron Məhkəmə informasiya sisteminin portaldan çıxarışından görünür ki, Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. İnzibati qaydada tutma haqqında 01 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 01 oktyabr 2023-cü il tarixdə saat 02:30-da tutulmuşdur; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2023-cü il tarixli 1/4868 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 33.1.2-ci madddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 33.1.7-ci madddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportla, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokolla, şahidlərin izahatları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi (İXM-33.1.7) və inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini(İXM- 33.1.2) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli «01» oktyabr 2023-cü il tarixdən saat 02:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «01» oktyabr 2023-cü il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar