Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-564/2021 06.01.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Daşqın Həsənəliyev borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5240/2017 saylı xx xxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 və xx xxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 137 manat olmaqla cəmi 274 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İcra sənədi icra şöbəsinin icraatına daxil olmuşdur. Borclu Şəxs bu günki tarixədək 6300 manat borcu yaranmışdır. Qeyd olunanları nəzərə alıb və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq, borclu şəxs Şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işsiz olduğu üçün mütəmadi ödəniş etmədiyini və hal hazırda ödəmək imkanı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar X2 Samir Qubad oğlunun mütəmadi ödəniş etmədiyini, borcu ödəməyəcəyi təqdirdə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiala əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5240/2017 saylı xx xxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 və xx xxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 137 manat olmaqla cəmi 274 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs icra sənədini qərəzli şəkildə icra etmir, belə ki, hazırda borclu olduğu 6300 manatın müqabilində ödəniş etmək niyyəti yoxdur, icra məmurunun xəbərdarlıqlarına məhəl qoymamışdır və bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilməlidir. Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, borcundan ödəniş etmək niyyətində olmamasını, icra sənədini icra etməkdən faktiki boyun qaçırdığını, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan X10 Saxlanılması Məntəqəsinə həvalə edilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №3(008)-564/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-564/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver