Məhkəmə qərarları › İş №3(008)-5640/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5640/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5640/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Malik Qədirovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1966-cı il tarixdə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, ev 8/1-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə rəisi Malik Qədirov tərəfindən tərtib edilmiş MN № ******* saylı, 03 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12 iyul 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəmnində qonşusu X4 döyərək ona bədən xəsarəti yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Malik Qədirov izahatında göstərmişdir ki, Şəxs 12 iyul 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəmnində qonşusu X4 döyərək ona bədən xəsarəti yetirmişdir. Şöbədə araşdırma aparılmış, şəxsin əməlində cinayət tərkibi olmadığında cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Bu səbəbdən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyil. Özünü təqsirli bilmir. Qonşusu ilə uzun müddətdir ki, münaqişələri var. 12 iyul 2023-cü il tarixdə qonşusu Məmmədtağı onu vurduğundan o da onun üzünə iki dəfə sillə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Şəxs 12 iyul 2023-cü il tarixdə onu vuraraq xəsarət yetirmişdir. Ondan şikayətçidir, barışmaq niyyəti yoxdur, barəsində qanuni tədbir görülməsini xahiş edir. Bakı şəhər Sabunçu Rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 27 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxsnən əməlində cinayət tərkibi yaranmadığından, onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 1633 nömrəli Ekspert rəyindən görünür ki, Vət. X1 almacıq nahiyəsinin sıyrıqları və sağ kürək nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğu gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Umarova X5 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Belə ki, məhkəmə iclasında inzibati iş üzrə zərərçəkmişin izahatı, iş materialları və video görüntü ilə Şəxs törətmiş olduğu inzibati əməl tam sübuta yetirilmişdir. Şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən işə baxan Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar