Məhkəmə qərarları › İş №3(008)-5641/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5641/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5641/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7, Müdafiəçi Vəkil, Zərərçəkmiş şəxs X8 iştirakları ilə, xx xxxxxx 1955-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İnqlab küçəsi, ev 2-də qeydiyyatda olan və yaşayan- X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə inspektoru, X17 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 03 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, X12 12 iyul 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində qonşusu X13 ilə dalaşaraq bir-birlərinə xəsarət yetirmişdir. Bununla əlaqədar X7 barəsində toplanmış materiallar onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məqsədilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X17 izahatında göstərmişdir ki, vətəndaş X13 DİN-in 102 xidmətinə zəng edərək qonşularının onu təhqir edərək döydükləri barədə məlumat vermişdir. X2 xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək qonşusu Zümrüd adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Araşdırma zamanı X12 12 iyul 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində qonşusu X1 zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. X7 əməlində cinayət tərkibi olmadığından 27 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən tərəfindən X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən vətəndaş X13 izahatında göstərmişdir ki, qonşuluğunda yaşayan Məmmədtağı Tağıyev adlı şəxs və onun ailəsi ilə aralarında mütəmadi olaraq mübahisələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə evindən çıxan zaman Məmmədtağı Tağıyevin həyat yoldaşı onun ünvanına nalayiq ifadələr işlətmiş və ona şər atmışdır. Bununla əlaqədar onunla X12 arasında yaranmış mübahisə zamanı sonuncu onun sinə nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə baş verən zaman ətrafda Musayev Əlləz adlı şəxs olmuş və hadisəyə şahid olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X12 izahatında göstərmişdir ki, X13 ilə arasında mütəmadi olaraq mübahisələr baş vermiş, onu səbəbsiz olaraq nalayiq ifadələrlə təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında dayanan zaman vətəndaş X13 ona yaxınlaşaraq yenidən onu təhqir etmiş, ailəsinə qarşı nalayiq ifadələr işlədərək üzünə tüpürmüş və kürəyinə yumruqla zərbə endirmişdir. Hadisə baş verən zaman ətrafda qonşusu Musayev Əlləz adlı şəxs olmuş və hadisəyə şahid olmuşdur. Hadisə videogörüntü ilə qeydə alınmışdır. Həmin vaxt o, X10 qarşı hər hansı bir təzyiq göstərməmiş və onu vurmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 müdafiəçisi Vəkil bildirmişdir ki, X4 Zümrüd Məhəmməd qızına hər hansısa xəsarət yetirməmişdir. Bununla əlaqədar Məmmədtağı Tağıyev barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. X3 əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcuddur. X8 verdiyi izahat ilə ekspert rəyinin arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, zərərçəkmiş şəxs məhkəmə iclasındakı izahatında Məmmədtağı Tağıyevin onu sinə nahiyəsindən vurmasını bildirsə də, ekspert rəyində Zümrüd Umarovanın sol bud nahiyəsinin qançırı xəsarəti alması qeyd olunmuşdur. Odur ki, ekspert rəyində göstərilən xəsarətlərin baş vermiş hadisə ilə əlaqəsinin olmadığını, həmçinin Məmmədtağı Tağıyevin inzibati xətanı törətməsini istinad edən mötəbər sübutlar olmadığını nəzərə alaraq X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində iştirak edən Əlləz Musayev izahatında bildirdi ki, 12 iyul 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində X8 X7 üzünə tüpürdüyünü və ona qarşı nəlayiq ifadələr işlədərək mübahisə etdiyinin şahidi olmuşdur. Həmin vaxt X15 Omarovanı vurmamış ona qarşı fiziki təzyiq göstərməmişdir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli X8 və X7 qarşılıqlı şikayəti əsasında toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın surətindən görünür ki, X8 əməllərində cinayət tərkibi olmadığından araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X20 1721 nömrəli Ekspert rəyindən görünür ki, X6 bud nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarın təsviri hissəsində xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manadək miqdarda cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X8 tibbi ekspert rəyində müəyyən edilən xəsarətlərin xx.xx.2023-cü il tarixdə törədilməyə uyğun gəlməsi göstərilsə də, həmin xəsarətlərin məhz 12 iyul 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində X12 ilə mübahisə zamanı sonuncu tərəfindən yetirilməsi aydınlaşdırılmalıdır. Hazırkı iş üzrə X6 bud nahiyəsinin qançırı xəsarəti müəyyən edilmişdir. Lakin zərərçəkən Zümrüd Umaravoya həmin xəsarətin məhz barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X12 tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyi yalnız faktı təsdiq edir, yəni Zümrüd Umarovanın bədən səthində qançırların olması qeyd edilsə də, həmin xəsarətlərin kim tərəfindən törədilməsi müəyyən olunmur. Bu səbəbdən də ekspert rəyi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Hazırkı iş üzrə isə belə sübutlar mövcud deyildir. Hadisənin yeganə şahid olmuş Əlləz X5 tərəfindən X10 hər hansı bir xəsarətin yetirilmədiyini bildirmişdir. Eləcə də, X8 məhkəmə iclasında verdiyi izahat ilə ekspert rəyinin arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, zərərçəkmiş şəxs məhkəmə iclasındakı izahatında Məmmədtağı Tağıyevin onu sinə nahiyəsindən vurmasını bildirsə də, ekspert rəyində Zümrüd Umarovanın sol bud nahiyəsinin qançırı xəsarəti alması qeyd olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş materiallara əsasən, hesab edir ki, X7 əməlində inzibati xəta tərkibi olmadığı, həmin inzibati xətanı törətməsini sübut edən halların mövcud olmadığı nəzərə alınaraq X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 57, 28, 129-130-ci maddələrini rəhbər tutaraq qərara aldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edildiyi gündən işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar