Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5643/2025 26.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdullayev küçəsi, ev 1, mənzil 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 26 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 26 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitinin və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, borc tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş göndərilmiş, arvadı ilə əlaqə saxlanılaraq Şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə yaxınlaşması ilə bağlı məlumat verilmişdir. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınır. İcra vərəqəsinin icrasından yayındığı üçün Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq axtarış elan edilmiş və 07 avqust 2025-ci il tarixdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq icra orqanına gətirilmişdir. Şəxs işsiz və icra vərəqəsindən məlumatsız olduğunu bildirərək tələbin icrası ilə bağlı ona vaxt verilməsini xahiş etmiş, bundan sonra icra vərəqəsi üzrə ümumilikdə 250 manat ödəniş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli icra vərəqəsi üzrə Şəxs 2497 manat məbləğdə qalıq borcu var. X1 hissə-hissə ödənişlə razılaşmadığı və icra vərəqəsində göstərilən məbləğin tam şəkildə ödənilməsini tələb etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitinin və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Onun barəsində tərtib olunmuş icra vərəqəsinin mövcudluğu barədə hər hansı bir məlumatı olmamışdır. İcra məmuru tərəfindən icra vərəqəsi ilə bağlı məlumat onun həyat yoldaşına verilmiş, lakin həyat yoldaşı bu barədə ona heç bir məlumat təqdim etməmişdir. Nəticə etibarilə, icra vərəqəsinin mövcudluğundan yalnız 2025-ci ilin avqust ayında xəbərdar olmuşdur. İcra sənədindən məlumatlı olduqdan sonra o, icra məmuruna müraciət edərək, öhdəliklərin icrası üçün vaxt istəmiş və bu müddət ərzində məlumatı olduğu ay 12 avqust 2025-ci il tarixində 100 (yüz) manat, bundan qısa müddət sonra isə 10 sentyabr 2025-ci il tarixində 150 (yüz əlli) manat icra vərəqəsi üzrə yaranmış borcdan ödəniş etmişdir. O, işsiz olduğuna görə icra vərəqəsi üzrə müəyyən edilmiş tələbi tam şəkildə icra etməkdə çətinlik çəkir. Buna baxmayaraq, mövcud imkanları çərçivəsində icra vərəqəsi üzrə borcun hər ay hissə-hissə ödənilməsini üzərinə öhdəlik kimi götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitinin və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitinin və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6683/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 24 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəməsi və təqdim olunmuş icra vərəqəsi üzrə 2497 manat məbləğdə qalıq borcunun qalması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs hazırki icra vərəqəsi üzrə müəyyən edilmiş 2497 manat borc məbləğini ödəməyib. Şəxs icra sənədinin mövcudluğu barədə vaxtında məlumatlandırılmamış, yalnız 2025-ci ilin avqust ayında bu barədə xəbər tutmuş, icra sənədindən məlumatlı olduqdan dərhal sonra borcunu könüllü şəkildə icra etməyə başlamış, 12 avqust 2025-ci il və 10 sentyabr 2025-ci il tarixlərində ümumilikdə 250 manat məbləğində ödəniş etmişdir. Həmçinin şəxs hazırda işsiz olduğunu bildirmiş, borcun tam ödənilməsində çətinlik çəkdiyini əsaslandırmış, lakin hər ay hissə-hissə ödəmə öhdəliyi götürmüşdür. İcra məmuru tərəfindən icra sənədi ilə bağlı birbaşa borclunun özünə rəsmi və dolğun bildiriş verilməmiş, bu məlumat borclunun arvadına çatdırılmış, lakin o, bu barədə borcluya məlumat verməmişdir. Bu halların hər biri şəxsin hərəkətində qəsdin olmadığını, əksinə, icra sənədindən məlumatı olan kimi könüllü icraya başladığını və mövcud imkanlar çərçivəsində borcunu ödədiyini sübut edir. Qanunvericiliyə əsasən, şəxsin icra sənədindən məlumatı olmadan və ya icra hərəkətlərini əsaslı səbəb olmadan yerinə yetirməməsi sübuta yetirilmədiyi təqdirdə, inzibati məsuliyyətə cəlb olunması qanunsuz və əsassız hesab edilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun borc məbləğindən maddi imkanının yol verdiyi həddə ödənişlər etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işləmədiyi halda ödənişləri etməsi, o cümlədən bu faktın icra məmuru tərəfindən təsdiq edilməsi və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5643/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5643/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver