Məhkəmə qərarları › İş №3(008)-5647/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5647/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5647/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə,, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə MN seriyalı 2339883, 12 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X2 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-47489/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 bildirdi ki, vəzifəli şəxs X2 tərəfindən inzibati xəta növündə inzibati tənbeh tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarla bağlı X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 5/2-0-32167/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər Şəxs MMC tərəfindən icra edilməmişdir. Bu səbəbdən həmin məsələnin müzakirəsində iştirak etmək məqsədilə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-47489/2025 nömrəli bildiriş Şəxs MMC-yə göndərilmiş, lakin cəmiyyətin səlahiyyətli nümayəndəsi müəyyən olunmuş vaxtda müzakirədə iştirak etməmişdir. Nəticə etibarilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, hesabda müvafiq məbləğdə vəsaitin olmaması səbəbindən ödəniş müəyyən edilmiş müddətdə həyata keçirilə bilməmiş, lakin vəsait təmin edildikdən dərhal sonra tətbiq edilmiş cərimə tam şəkildə ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı 2339883, 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X2 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-47489/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-nin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X2 tərəfindən işçinin əmək haqqısı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. Nəticədə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X2 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1300 (min üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 3-17-5/2-20143/2025 nömrəli, 05 mart 2025-ci il tarixli məktubun surətindən görünür ki, vəzifəli şəxs X2 barəsində inzibati xəta növündə inzibati tənbeh tətbiq edilməsi barədə X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı Şəxs MMC-yə göndərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, aşağıdakı nəticələrə gəlir. İş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X2 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1300 (min üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş, lakin icra edilməmişdir. Məhkəmə hesab edir ki, cəmiyyətin vəzifəli şəxsinin İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Hüququn fundamental prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxslər qeyrimüəyyən müddət ərzində məsuliyyətə cəlb edilmə təhlükəsi altında qalmasınlar. Bu prinsip, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da dəfələrlə vurğulandığı kimi, qanunun aliliyinin tərkib hissəsidir və şəxslərə öz hərəkətlərinin hüquqi nəticələrini proqnozlaşdırmaq imkanı verir. İnzibati məsuliyyətə cəlbetmə müddətləri məhz bu prinsipə xidmət edir. İXM-nin 38-ci maddəsi inzibati məsuliyyətə cəlbetmə müddətlərini imperativ qaydada tənzimləyir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, bu Məcəllədə sadalanan bir sıra xətalar üzrə bir il, digər xətalar üzrə isə dörd ay müddət müəyyən edilmişdir. X5 Xidməti tərəfindən Cəmiyyətə şamil edilən xəta, yəni inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi, öz mahiyyətinə görə uzanan inzibati xətadır (delictum continuum), çünki hüquqpozma qanunla tələb olunan hərəkətin yerinə yetirilmədiyi bütün müddət ərzində davam edir. Belə olan halda, İXM-nin 38.2-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Həmin normaya görə, uzanan inzibati xətalara münasibətdə cəlbetmə müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Məhkəmə, "xətanın aşkara çıxarıldığı an" dedikdə, səlahiyyətli orqanın hüquqpozma faktının mövcudluğundan xəbərdar olduğu və bu pozuntunu törədən şəxsi müəyyən etmək üçün kifayət qədər məlumata malik olduğu anı başa düşür. İş materiallarından göründüyü kimi, Əmək Müfəttişliyi özü 15 aprel 2025-ci il tarixli məktubu ilə icra tələbini irəli sürmüşdür. İXM-nin 150.5.1ci maddəsi, belə bir qərar daxil olduqdan sonra inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi müəssisə tərəfindən icra üçün tədbirlər görülməsini nəzərdə tutur. Bu tədbirlərin görülməsi üçün qanunvericilikdə qısa və ağlabatan müddətlər nəzərdə tutulur (məsələn, növbəti əməkhaqqı ödənişinə qədər). Beləliklə, X5 Xidməti ən geci may ayının sonuna qədər öz qərarının icra edilib-edilmədiyini yoxlamaq imkanına və vəzifəsinə malik idi. Qərarın icra edilməməsi faktı məhz bu dövrdə X5 Xidməti üçün aşkar edilmiş hesab olunmalıdır. Səlahiyyətli orqanın öz vəzifəsini icra etməkdə səhlənkarlığa yol verməsi və hüquqpozma faktını bilərək üzərindən aylar keçdikdən sonra hərəkətə keçməsi və yenidən məktub göndərərək icrasını yenidən tələb etməsi, cəlbetmə müddətinin axımını dayandırmır və ya yenidən başlatmır. X5 Xidmətiin 22 may 2025-ci il tarixli ikinci məktubu, xətanın yeni aşkar edilməsi anı kimi deyil, artıq müddəti ötürülmüş bir iş üzrə prosessual fəaliyyətin süni şəkildə bərpasına cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 04 aylıq müddətin 2025-ci ilin may ayının sonundan hesablanması, inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Bu isə, İXM-nin 53.1.6cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını istisna edən və başlanmış icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsas olan bir haldır. Yuxarıda göstərilən hüquqi və faktiki əsasların məcmusuna əsaslanaraq, məhkəmə yekun nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş ilə MN seriyalı 2339883, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilməlidir. Məhkəmə vurğulayır ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri, dövlət orqanlarının fəaliyyətini intizamlaşdıran, vətəndaşların və hüquqi şəxslərin hüquqlarını qeyri-müəyyən təhdidlərdən qoruyan mühüm hüquqi təminatdır. Bu müddətlərin ötürülməsi ilə inzibati təqib hüququ dövlət tərəfindən itirilir və bu, maddi sübutların mövcudluğundan və ya şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq, icraata xitam verilməsi üçün imperativ əsas yaradır. Yekun olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətsizliyində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 53.1.6, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar