Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-566/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Şikayət verən X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bakı şəhəri Sabunçu rayon X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 29 dekabr 2022-ci il tarixdə saat 19:20də idarə etdiyi Mersedes markalı 99CV263 dövlət qeydiyyat nömrəli avtomobil ilə Maştağa qəsəbəsi A.Ş.Hüseyn küçəsi ilə hər istiqamətdə 1 hərəkət zolağı olan yolla Maştağa qəsəbəsi tərəfdən Bilgəh istiqamətində hərəkət edərək Nardaran qəsəbəsi istiqamətə gedən yola qarşıdan avtomobil gəlmədiyinə əmin olub sola dönmə işığını yandırmaqla sola döndükdə, arxadan eyni istiqamətdə hərəkət edən QAZ 24 markalı avtomobil yol ayrıcında idarə etdiyi avtomaşın sağdan ötməli olduğu halda sol tərəfdən ötərək yolun qarşıdan hərəkət edən nəqliyyat vasitəsi üçün nəzərdə tutulan hissəsində idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə avtomobilinin sol yan hissəsini vuraraq toqquşmuşdur. Hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Hadisə barədə polisə məlumat verilmişdir. Bundan sonra sərxoşluqla bağlı tibbi müayinədən keçməli olduğu bildirilmişdir. xx.xx.2022ci il tarixdə saat 22.00 radələrində həmin tibbi müayinədən keçərək 1/3223 saylı xx.xx.2022-ci il tarixli protokolu almışdır. xx.xx.2022-ci il tarixində hadisə ilə bağlı polisə gələrək arayışı təqdim etmiş və hadisə ilə bağlı izahat vermişdir. Bu zaman ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi ilə bağlı artıq xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Protokol və onun əsasında çıxarılmış qərar qəbul edilərkən tərəflərin izahatı alınmamış, iş materiallarına hadisənin sxemi əlavə edilməmiş, ümumiyyətlə hər hansı bir araşdırma aparılmamışdır. Sabunçu rayon DYPŞ-nin Polis Kapitanı M.Kazımzadə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar onun tərəfindən qərəzli şəkildə, heç bir araşdırma aparılmadan qəbul edilmişdir. Halbuki, yol-nəqliyyat hadisəsində təqsirli tərəfin müəyyən edilməsi üçün araşdırmanı aparan şəxs tərəfindən yol-nəqliyyat hadisəsi üzrə avtotexniki ekspertiza təyin edilərək xüsusi biliyə malik olan şəxsin, yəni ekspertin rəyi alınmalı idi. Araşdırmanı aparan şəxs nəzərə almalı idi ki, haqsız olaraq gəldiyi nəticə ən azı mübahisəlidir, “Yol hərəkəti haqqında” Qanunun tələbləri isə, onun deyil, digər yolnəqliyyat hadisəsi iştirakçısının təqsirli olduğunu təsdiq edir. Araşdırma aparmalı olan vəzifəli şəxs bunu etməmişdir. Qərarda formal olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Lakin qərar və ya protokoldan onun hansı əməlinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tətbiq edildiyi göstərilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İ bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vernıir, qarşıdan şələn və bu zolaqda şedən nəqliyyat vasitələri üçün təhlükə və va maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə basa çatdırmağa imkan verəcəkdir. Həmin Qanunun 51-ci maddəsinin İİ bəndinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Qanunun tələbindən və işin hallarından da göründüyü kimi, hadisənin baş verməsində tək və yeganə günahkar QAZ 24 markalı avtomobilin sürücüsü olmuşdur, yol-nəqliyyat hadisəsində günahkar olan Qaz-24 markalı avtomaşının sürücüsü birbaşa ondan sonra hərəkət edən maşın olmamışdır. Ondan sonra hərəkət edən digər bir avtomaşından sonra hərəkət etmiş, ötmə əməliyyatına başlayarkən birbaşa həm ondan sonra hərəkət edən avtomaşını, həm də onun idarə etdiyi avtomaşını bir dəfəyə ötmək istəmiş, nəticədə qəza baş vermişdir. Bu əsasla da Sabunçu rayon DYPŞ-nin Polis Kapitanı M.Kazımzadə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Sabunçu rayon DYPŞ-nin Polis Kapitanı M.Kazımzadə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada ona xx.xx.2022-ci il tarixdə imza etməklə təqdim edilmişdir. Odur ki, Bakı şəhəri Sabunçu rayon X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, X3 ilə birlikdə Sabunçu rayon X5 Şöbəsinə getmişlər və orada bildirilmişdir ki, Sabunçu rayon X5 Şöbəsinin polis kapitanı M.Kazımzadə tərəfindən inzibati tənbeh vermə haqqında qərar artıq çıxarılmışdır. Bundan sonra izahatı alınmış, hadisənin sxemi çəkilmişdir. Hadisənin baş verdiyi yerdə kamera görüntüsü olmuş, lakin həmin görüntü onlara təqdim edilməmişdir. Yol hərəkəti hadisəsi zamanı təqsir QAZ 24 markalı avtmobilin sürücüsündə olmuş, ötmə əməliyyatını düzgün icra etməmişdir. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əməl olunmamış, yol-nəqliyyat hadisəsi üzrə avtotexniki ekspertiza təyin edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Sabunçu rayon X5 Şöbəsinin polis kapitanı M.Kazımzadə tərəfindən verilmiş protokol və xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X3 və Bakı şəhəri Sabunçu rayon X5 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X1 və Bakı şəhəri Sabunçu rayon X5 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP seriyalı 51133867 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 “Mercedes C200 minik” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 19:20-də hərəkətdə olan zaman İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin Xİ bəndinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 42-ci maddəsinin XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP seriyalı 51133867 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sübutlara istinad edilməmiş, X2 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar da heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, dairəyə daxil olarkən dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verib-verməməsi, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb-yaratmaması araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayonu X5 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Sabunçu rayon X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon X5 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-566/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-566/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver