Məhkəmə qərarları › İş №3(008)-5670/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5670/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5670/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu RPİ DYPŞ-nin YNH üzrə baş inspektoru polis kapitanı X6 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə təqdim olunmuşdur. Həmin protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayonu DYPŞ-nin YNH üzrə baş inspektoru, polis kapitanı X6 tərəfindən xx.xx.2023- cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:10 radələrində Sabunçu qəsəbəsində, şəhər şossesində sürücü avtobusu özü-özünə hərəkət etməməsi üçün zəruri tədbirləri görməyərək avtobusu tərk edib, nəticədə avtobus özü özünə geriyə hərəkət edərək əvvəlcə piyada X2 dəymiş və sonrada arxasında dayanmış vəziyyətdə olan “DAEWOO BS” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun ön hissəsinə çırpılmışdır. Nəticədə piyada X4 yüngül bədən xəsarəti almış və nəqliyyat vasitələrinə maddi zərər yetirmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Bəkir Eyvazlı tərəfindən 29 may 2023-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ-si vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Bəkir Eyvazlı tərəfindən X1 şikayəti əsasında 29 may 2023-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6(008)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən X1 şikayəti əsasında toplanmış “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 29 may 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən X1 şikayəti əsasında toplanmış “cinayət işinin başlanılmasının rədd edilməsi barədə 29 may 2023-cü il tarixli qərar məhkəmə nəzarəti qaydasında mübahisələndirildiyi və qərar ləğv edilərək yenidən araşdırma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildiyi üçün hazırkı iş geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar məhkəmə tərəfindən ləğv edildiyindən və həmin qərar əsasında tərtib edilmiş protokol məhkəmə tərəfindən baxılması mümkün olmadığından Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sabunçu RPİ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Sabunçu rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim:Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar