Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5744/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsi, ev 4-də qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: AR DİN Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Chevrolet Cobalt LTZ minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, polis əməkdaşları onu saxlayan vaxt içkili olmamışdır. İçkili olsaydı eyni yolu geri qayıtmazdı. Polis əməkdaşının təkidi ilə yerində yazdığı izahatında araq içdiyini bildirmişdir. Sonradan özü ayrıca rəy almışdır ki, ayıqdır. Göstərilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Chevrolet Cobalt LTZ minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsini, həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Alkotestr çıxarışından görünür ki, Şəxs müayinə nəticəsində alkoqolun miqdarı 0,968 % olmuşdur. Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 2/5185 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, o, ayıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Şəxs xx.xx.2025-ci il tarixli, 2/51885 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını təqdim edərək göstərmişdir ki, hadisədən qısa vaxt sonra özü şəxsən həkimə müraciət etmiş və həmin akt əsasında xx.xx.2025-ci il tarixdə saat 01:50də müayinə edilərək ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokol xx.xx.2025-ci il tarixdə saat 00:05-də tərtib edilmiş, xüsusi texniki vasitənin göstəriciləri 00:04-də qeydə alınmış və alkoqolun miqdarı 0.968 % olmuşdur. Bundan əlavə Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokol xx.xx.2025-ci il tarixli protokolda Şəxs araq qəbul etməsini, həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Göründüyü kimi Şəxs tərəfindən təqdim edilmiş aktla tərtib edilmiş ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol arasında təxminən bir saat qırx beş dəqiqə fərqin olması (00:04-01:50), həmin müddətdə spirtli içkinin bədəndən çıxma ehtimalının olması, onun ******* nömrəli xx.xx.2025-ci il tarixli protokolda spirtli içdiyini etiraf etməsini, həkim müayinəsinə ehtiyacının olmadığını qeyd etməsi məhkəməyə əsas verir ki, Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 2/51885 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin təqdim etdiyi aktın kimlər tərəfindən tərtib edilməsi barədə məlumatlar mövcud deyil (ad, soyad, vəzifə və s.), yalnız imzalar və möhürdən istifadə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs xüsusi texniki vasitənin göstəricilərini əks etdirən aparatın göstəriciləri ilə razı deyildisə, polis əməkdaşları ilə birlikdə həkim müayinəsindən keçməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-5744/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5744/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver