Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5747/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, hüquqi şəxsin ünvanı artıq 2021-ci ildən dəyişərək Nizami rayonu, ünvan 1qi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, Sabunçu Rayon Polis İdarəsi tərəfindən sorğu məktubu MMC-nin əvvəlki qeydiyyat ünvanına, yəni ünvan 3öndərilmişdir. Hüquqi ünvan dəyişdiyindən və sorğu məktubu da əvvəlki ünvana göndərildiyindən onların sorğu məktubuna cavab verilməsi mümkün olmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC-ə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub xx.xx.2022-ci il tarixdə ad və soyad qeyd olunmadan imza edilməklə qəbul olunmuşdur; Poçt qəbzinin üzərində olan ştrix-kod (SS810900650AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən "xxxx" MMC-nin ünvanına göndərilmiş məktub "xxxx" MMC-nin ünvanına (ünvan 7. Azərbaycan Respublikasının İstisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məölumatları haqqında” sənəddən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, ünvan 8nzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibat xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədləri tədqiq edərək, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş SS810900650AZ saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş məktubun MMC-də kim tərəfindən qəbul edilməsi xəbərnamədə qeyd olunmamış və sadəcə naməlum şəxsin imzası xəbərnamədə öz əksini tapmışdır ki, bu da müvafiq sorğunun həqiqətən də göndərilən ünvana çatdırılmasını, həmin hüquqi şəxsə aid olan şəxs tərəfindən qəbul edilməsini şübhə altına alır. Bununla yanaşı, nümayəndə tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının İstisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məölumatları haqqında” sənəddən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 9 şəhəri, Nizami rayonu, ünvan 10n isə görünən odur ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən göndərilən sorğu MMC-nin əvvəlki ünvanına göndərilmişdir, belə olan isə həmin sorğunun hüquqi şəxs tərəfindən qəbul edilməsi mümkün olmadığından inzibati xəta hadisəsinin olması da istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. .Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5747/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5747/2022
27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver