Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5784/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, X1 iştirakı ilə 09 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, ev 68-də qeydiyyatda olan və yaşayan-X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 03 oktyabr 2023-cü il tarixli, EQ 17250359 saylı X9 haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin VVC-MC800P tipli VVC-MC800P model Smart Radar» qeydə alınmış 03 oktyabr 2023-ci il tarixli, EQ 17250359 saylı X9 haqqında qərarı ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizəsinin onunla əsaslandırmışdır ki, 1998-ci ilin, «az **-NU-***» dövlət qeydiyyat nişanlı, «BMW 3201» markalı SEDAN tipli avtomobili AD 064205 seriya və nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Onun barəsində Smart Radar ilə qeydə alınmış 03 oktyabr 2023-ci il tarixli, EQ 17250359 saylı X9 X7 çıxarılmışdır. X12 ilə qeydə alınmış 03 oktyabr 2023-ci il tarixli, EQ 17250359 saylı X9 X7a baxdıqda məlum olmuşdur ki, elektron qərarla onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 02 oktyabr 2023-cü il tarixdə o «az **-NU-***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi ilə ilə hərəkətdə olduğu zaman heç bir sürət həddini göstərən nişan və ya göstərici olmadığından avtomobili 95 km/saat sürətlə hərəkət etdirmişdir. Lakin qarşıda gizlənərək xidmət aparan Yol Patrul Xidməti avtomobilinin Smart Radar ilə onun surətini yüksək olması qeydə alınmışdır. «Yol Patrul Xidməti Haqqında Təlimat»ın 4.3-cü bəndinə əsasən, patrul avtomobili YPX-nin inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX-in avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneənin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Fotoşəkillərdən də görünür ki, həmin ərazidə xidmət aparan Yol Patrul Xidməti avtomobili Smart Radar vasitəsi ilə onun surət həddini qeydə alarkən Azərbaycan Respublikasının «Yol Patrul Xidməti haqqında Təlimatı»m 4.3-cü bəndindəki tələbləri pozmuş, yol hərəkəti iştirakçısı olaraq onun üçün kifayət edəcək məsafədən görsənməyən yerdə, dayanma və durmanı qadağan edən yerdə dayanaraq xidmət aparmışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövjudluğu barədə məlumat vermək məqsədilə 6.14 «İnformasiya stendi» servis nişanı» əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 aksimum sürətin məhdudlaşdırılması» nişanı quraşdırılmalıdır. Belə servis nişanı və 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1.000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. «Yol Patrul Xidməti» avtomobilinin qayda pozuntusunu qeydə aldığı onun hərəkətdə olduğu yolda heç bir radar mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 «İnformasiya stendi» servis nişanı və «yolda icazə verilən sürət həddini göstərən 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» nişanı quraşdırılmamışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun yuxarıda göstərilən bəndlərindən görünür ki, onun hərəkətdə olduğu ərazidə radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 «İnformasiya stendi» servis nişanı və yaşayış məntəqələrində 50-200 metr qabaqda yolda icazə verilən sürət həddini göstərən 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» nişanı quraşdırılmadığı halda həmin qərar qanunsuz və əsassızdır. Məhkəmədən şikayətin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş EQ 17250359 saylı qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yol hərəkəti-xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi tərəfindən qərarın ləğv olunması üçün heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 03 oktyabr 2023-cü il tarixli, EQ 17250359 saylı X9 haqqında qərarın ləğv olunması barədə şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 03 oktyabr 2023cü il tarixli, EQ 17250359 saylı X9 haqqında qərarın ləğv olunması barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-5784/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5784/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver