Məhkəmə qərarları › İş №3(008)-5798/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5798/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5798/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3, 327.1 və 332.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 469.3, 327.1 və 332.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə 29 avqust 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda törədilmiş inzibati xəta nəticəsində avtomobili etibarnamə əsasında idarə edən X1 maddi zərər dəyməsi göstərilsə də, iş materiallarında olaən sənədlərlə maddi zərər dəymiş avtomobilin mülkiyyətçisinin X2 olması müəyyən edilmişdir ki, bu da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi zərərin X1 deyil, avtomobilin mülkiyyətçisinə dəyməsinə dəlalət edir. Materiala əlavə edilmiş etibarnamədən görünür ki, “Mazda 3” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r və o, həmin avtomobili 11 noyabr 2028-ci il tarixədək etibarnamə əsasında idarə etməsi üçün X1 vermişdir. Bununla yanaşı, "xxxx" MMC tərəfindən verilmiş ziyan aktından da görünür ki, zərər hesablanarkən zərərin əmlakın mülkiyyətçisinə dəyməsi nəzərə alınaraq maddi ziyan dəymiş şəxs olaraq X2 adı göstərilmişdir. Göstərilən bu hal inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin düzgün müəyyən olunmamasına və bununla da inzibati xəta haqqında protokolun düzgün tərtib olunmamasına dəlalət edir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə X2 izahatı alınmaqla onun izahatı materiala əlavə edilməli, onun zərərçəkmiş şəxs olması nəzərə alınmaqla inzibati xəta haqqında protokol yenidən tərtib olunaraq məhkəməyə təqdim olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3, 327.1 və 332.7ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin X7 Şöbəsinə geri qaytarılsın. Hakim: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar