Məhkəmə qərarları › İş №3(008)-5807/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5807/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5807/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şikayət verən şəxs X2, 14 saylı vəkil bürosunun vəkili X6 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh qərarının ləğv edilməi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli, MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən vəzifə öhdəliklərinin icrası ilə bağlı tərtib edilmiş, lakin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin bütün müddəalarına zidd olan, sahibkarlıq fəaliyyətinə zərbə vuran, Respublikanın iqtisadiyyatına mənfi təsir göstərən və tərəfindən absurd hesab edilən inzibatı xətanın törədilməsi barədə 21 sentyabr 2023-cü il tarixli, MN ******* №li qərar ona təqdim edilmişdir. Qərar ona 05 oktyabr 2023-cü il tarixdə, 1097 saylı Poçt Şöbəsinin vasitəsi ilə və müvafiq qeydlər aparmaqla ona təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin inzibati ərazisində 68 hektar ölçüdə və dövlətə məxsus «X10» yerləşir. Bu yataq Azərbaycan SSR-in ərazi ehtiyyatları komissiyasının 1966-cı il tarixli, 3 saylı protokolu ilə təsdiq olunmuş və hal-hazırda Azərbaycan Respublikasının ərazisində yataq ehtiyatlarının vahid dövlət fondunun tərkib hissəsidir. Bu yatağın idarə olunması Azərbaycan Respublikasının «Yerin Təki haqqında» Qanunu ilə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə tənzimlənir. Qeyd olunmuş yatağın 33.5 ha sahəsində «X19» MMC və 34.5 ha sahəsində onların müəssisələri «Nardaran X15 LTD» MMC fəaliyyət göstərirlər. Müəssisənin fəaliyyəti zəruri hüquqi sənədlər əsasında həyata keçirilir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən KY ********* saylı çıxarışa əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 05 sentyabr 2023-jü il tarixində direktoru olduğu «Nardaran X15 LTD» MMC-də kompleks yoxlama keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona qarşı İXM-nin 275.1.l-ci maddəsi ilə nəzərdə tutulmuş və vəzifəli şəxsə yönəlmiş inzibati tənbeh tətbiq edilmişdir. ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının gəldiyi nəticəyə görə «X3 rəyi olmadan «Nardaran X15 LTD» MMC-i «X5 faydalı qazıntıların hasilatı ilə məşğuldur və bununla da Azərbaycan Respublikasının İXM-nin 275.1.l-ci maddəsinin tələbləri pozulmuşdur. Bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respulikasının «Yerin təki haqqında» Qanununa, Azərbaycan Respulikasının «Ətraf mühitin mühafizəsi haqqında» Qanununa, «X10» ilə bağlı arxiv məlumatlara və «Nardaran X15 LTD» MMC-in fəaliyyətinin tarixçəsinə diqqət yetirilməlidir. Azərbaycan Respulikasının «Yerin təki haqqında» Qanunun 27-ci maddəsinə (Dövlət uçotu və dövlət qeydiyyatı) əsasən: «Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır». Həmin Qanunun 30-cu maddəsinə (Faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası) əsasən: «Yer təkinin faydalı qazıntı ehtiyatlarının səmərəli və kompleks işlənilməsini təmin etmək, yerin təkindən istifadə haqqını və istifadəyə verilən yer təki sahələrinin sərhədlərini müəyyən etmək məqsədilə mineral-xammal üçün kondisiyalar və kəşfiyyatı aparılmış yataqların faydalı qazıntı ehtiyatları dövlət ekspertizasından keçirilməlidir». Məhkəmədən şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. «Dövlət ekspertizası yatağın geoloji öyrənilməsinin bütün mərhələlərində aparıla bilər. Bu hallarda ekspertizaya təqdim olunan geoloji materiallar faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, sənaye əhəmiyyətini, onların çıxarılmasının dağ-mədən-texniki, hidrogeoloji, ekoloji və digər şəraitini obyektiv qiymətləndirməyə imkan verməlidir». Həmin Qanunun 31-ci maddəsinə (Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi) əsasən: «Kəşf edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları və eləcə də yataqların istismarımanın əlavə kəşf edilmiş faydalı qazıntıların ehtiyatları dövlət ekspertizası aparıldıqdan sonra təsdiq edilir. Faydalı qazıntı ehtiyatları təsdiq edilərkən kəşf edilmiş ehtiyatların sənaye əhəmiyyəti, səhihliyi, kəmiyyəti, keyfiyyəti, yerləşmə şəraiti, öyrənilmə dərəcəsi və istismara hazır olması müəyyənləşdirilir». «Kəşf olunmuş faydalı qazıntı ehtiyatının sənaye əhəmiyyəti barədə qərar onların dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına əsas verir». «Yer təkinin faydalı qazıntılar çıxarılması üçün istifadəyə verilməsinə yalnız onların ehtiyatları təsdiq edildikdən sonra icazə verilir». İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış arxiv sənədlərinə əsasən «X9»da geoloji kəşfiyyat işləri 1950-1964-cü illər ərzində Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti X1 sahəsini xammal bazası ilə təmin edilməsi məqsədilə aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya üzrə İdarəsinin Faydalı Qazıntılar üzrə Ərazi Ehtiyatlar Komissiyasının 14 iyul 1966-cı il tarixli 3 saylı Protokolu və «X10», ehtiyatları 28 mln 585 min kub.m həcmində olmaqla təsdiq edilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1227/İX nömrəli 20 iyun 1979-cu il tarixli «Yerin təki haqqında qanunların icrasının vəziyyəti haqqında» Qərarına əsasən Azərbaycan SSR 7 Tikinti Materialları Sənayesi Nazirliyinin 23 avqust 1979-cu il tarixli 193 №-li Sərəncamı əsasında yataq ayrılmasının əsaslandırılması işlənib hazırlanmış və Nardaran sahəsində əhəngdaşının hasilatı məqsədi ilə Azərbaycan SSR «X20 Tex Nəzarət» Komitəsinin 04 iyun 1980-cı il tarixli, 66 saylı Yataqayırma Aktına əsasən, Bakı şəhərinin Lenin rayonunun (hazırki Sabunçu r-nu) Nardaran kəndinin ərazisində 68 hektar yataq sahəsi «Maştağa Tikinti Materialları Kombinatı»ın istifadəsinə verilmişdir. Sonradan, Azərbaycan SSR Nazirlər Sovetinin «Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında» 195 saylı, 02 iyun 1988-ci il tarixli Qərarına əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin «Maştağa Tikinti Materialları Kombinat»ın 68 hektar təşkil edən Nardaran sahəsindən-5 hektar sahə Bakı şəhər İcrayə Komitəsinin «X8 və X14 Xüsusi Məişət Tikinti Trestinin istifadəsinə verilmiş, 33.5 hektar sahəsi o «Maştağa Tikinti Materialları Kombinatı»ın istismarında saxlanılmışdır. SSRİ dağıldıqdan və Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra «X8 və X14 Xüsusi Məişət Tikinti Trestinin Nardaran X15» Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 dekabr 1993-cü il tarixli, 2057 saylı sərəncamına əsasən «Bakı şəhər İcra Hakimiyyətinin Baş İstehsalat İdarəsinin 1 nömrəli Tresti»in tərkibinə daxil edilmişdir. 10 mart 2003-cü il tarixində, təsərrüfat hesabı əsasında fəaliyyət göstərən hüquqi şəxs «Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin l №-li X16 Karxana Təsərrüfatf’nın bazasında «Nardaran X15 LTD» Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 10 mart 2003-cü il tarixli, 0103-P7-37400 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. «Maştağa Tikinti Materialları Kombinatı»ın bazasında isə «X19» MMC-i yaradılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Rəsmi sənədlərdən göründüyü kimi dövlət tərəfindən 1966-cı ildə təsdiq edilmiş və qeydiyyata alınmış «X10» 1980-cı ildə istismara verilmişdir. Sözsüz ki, qanunvericiliyə uyğun olaraq həmin yataqın öyrənilməsi və təsdiq edilməsi zamanı mütləq qaydada «X3 rəyi» də nəzərə alınmışdır ki, dövlət tərəfindən həmin əraziyə «Sənaye təyinatlı» statusu verilmişdir və bu status bu günədək qüvvədədir. Həmin statusa uyğun olaraq və 1980-cı ildən başlayaraq bu yataqda hüquqi varislik əsasında fəaliyyət göstərən və «Nardaran X15 LTD» MMC-də daxil olmaqla 5 (beş) müəssisə qeydiyyata alınmışdır. Yəni, «X12»ın istismara verilməsi ilə bağlı «X3 rəyi»in alınması yatağın istifadəçisinin üzərinə deyil, yatağın geoloji-kəşfiyyat öyrənilməsini, qeydiyyata alınmasını və istismara verilməsini həyata keçirən dövlət qurumunun (sifarişçinin) üzərinə düşür. Azərbayjan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN№1763896 №li, 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında MN№11440224 №li, 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində X4 275.1.1-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmiş və 2.500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məjəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məjəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məjəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məjəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məjəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məjəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məjəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır. Dövlət uçotu və dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vahid sistem üzrə aparılır. Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır. Həmin Qanunun 30-ju maddəsinə əsasən yer təkinin faydalı qazıntı ehtiyatlarının səmərəli və kompleks işlənilməsini təmin etmək, yerin təkindən istifadə haqqını və istifadəyə verilən yer təki sahələrinin sərhədlərini müəyyən etmək məqsədilə mineralxammal üçün kondisiyalar və kəşfiyyatı aparılmış yataqların faydalı qazıntı ehtiyatları dövlət ekspertizasından keçirilməlidir. Dövlət ekspertizası yatağın geoloji öyrənilməsinin bütün mərhələlərində aparıla bilər. Bu hallarda ekspertizaya təqdim olunan geoloji materiallar faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, sənaye əhəmiyyətini, onların çıxarılmasının dağ-mədən-texniki, hidrogeoloji, ekoloji və digər şəraitini obyektiv qiymətləndirməyə imkan verməlidir. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan, yeraltı qurğuların tikintisi və istismarı üçün yararlı olan yer təki sahələri haqqında geoloji informasiya da dövlət ekspertizasından keçirilməlidir. Həmin sahələrdən istifadəyə yalnız geoloji informasiyanın dövlət ekspertizası aparıldıqdan və təsdiq edildikdən sonra icazə verilir. İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən kəşf edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları və eləcə də yataqların istismarı zamanı əlavə kəşf edilmiş faydalı qazıntıların ehtiyatları dövlət ekspertizası aparıldıqdan sonra təsdiq edilir. Faydalı qazıntı ehtiyatları təsdiq edilərkən kəşf edilmiş ehtiyatların sənaye əhəmiyyəti, səhihliyi, kəmiyyəti, keyfiyyəti, yerləşmə şəraiti, öyrənilmə dərəcəsi və istismara hazır olması müəyyənləşdirilir. Kəşf olunmuş faydalı qazıntı ehtiyatının sənaye əhəmiyyəti barədə qərar onların dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına əsas verir. Yer təkinin faydalı qazıntılar çıxarılması üçün istifadəyə verilməsinə yalnız onların ehtiyatları təsdiq edildikdən sonra icazə verilir. Çıxarılmış faydalı qazıntılar, habelə çıxarılma prosesində sənaye əhəmiyyətini itirmiş, sonrakı geoloji öyrənilmə işləri və ya yataqların işlənilməsi zamanı təsdiq olunmamış faydalıqazıntı ehtiyatları müəyyən edilmiş qaydada, faydalı qazıntı ehtiyatlarının dövlət balansında müvafiq dəyişikliklər edilməklə, istismar işlərini aparan subyektin hesabından silinir. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir. Həmin Qanunun 50-ci maddəsinə əsasən ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir. Həmin Qanunun 52-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. X3 həyata keçirilməsi qaydası, «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloji ekspertizası bu işlər «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır. X3 obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. Azərbayjan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən X3 müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X3 rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfi dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iş materialları ilə hüquqi şəxs «Nardaran X15 LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbayjan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş, məhkəmə baxışı zamanı da məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokola əsasən X11 direktoru tərəfindən dövlət ekspertizasının müsbət rəyi olmadan təsərrüfat fəaliyyətini həyata keçirilmişdir. Məhkəmə ilk növbədə inzibati xəta haqqında protokola münasibət bildirərək qeyd edir ki, təqdim edilmiş protokolda hansı ekspertizasının, hansı dövr üçün ekspertizasının keçirilməsi, əvvələr keçirilibkeçirilməməsini müəyyən edilməmişdir. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloji ekspertizası bu işlər «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır. Lakin bu hal yəni Nardaran X15 LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alındıqdan sonra aparılır. Göründyü kimi “Nardaran X15 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınmış və fəaliyyət göstərir. Ümumiyyətlə protokol tərtib olunarkən hansı sənədlər əsasında, hansı şahidlərin iştirakı ilə tərtib olunması göstərilməmişdir. Bundan sonra X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmiş və 2.500 manat məbləğində jərimə edilmişdir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş materiallarda hüquqi şəxs «Nardaran X15 LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının X4 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini hansı vəzifəli şəxs tərəfindən istifadəyə alan və ya istifadəyə verən tərəfindən törədilməsi, hansı tarixdən ekspert rəyinin mövjud olmaması ilə bağlı xətanın baş verməsi faktı vurğulanmamış və müəyyən edilməmişdir. Qərar tərtib olunarkən xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, hüquqi şəxs «Nardaran X15 LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə materiala baxmış məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmiş hallara və iş materiallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Azərbayjan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh qərarının ləğv edilməli, X2 ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar