Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5855/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X18 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin sahə inspektoru Famil Camalovun, müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X13, tərcüməçi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Rusiya Federasiyası, Petuşin şəhərində doğulmuş, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 31 may 2022-ci il tarixdə Gülçülük sovxozu, nömrəsiz evdə yaşayan X4 məxsus evin 80 manat dəyərində qaz sayğacını oğurlamışdır. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 15 iyun 2022-ci il tarixdə vətəndaş X8 işlədiyi baytar idarəsinin balansında olan heyvan saxlama sahəsindən ümumi dəyəri 90 manat olan bir ədəd dəmir qapı, bir ədəd plastik pəncərəni oğurlamışdır. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 17 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi, Müşalan bağ massivi, 137 ünvanında X11 məxsus iki ədəd çuqun qazanı oğurlamışdır. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 28 iyun 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində X8 işlədiyi idarəyə məxsus ümumi dəyəri 95 manat olan plastik pəncərələri oğurlamışdır. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 11 iyul 2022-ci il tarixdə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yaşayan X5 məxsus evin həyətindən dəyəri 100 manat olan samovarı oğurlamışdır. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 20 avqust 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində vətəndaş X12 məxsus evin 100 manat dəyərində plastik qapılarını oğurlamışdır. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 05 sentyabr 2022-ci il tarixdə Gülçülük sovxozunda X6 məxsus evdən 80 manat dəyəri olan samovarı oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, inzibati xəta haqqında protokollarda göstərilən inzibati xətaları törətmişdir. Əməlindən səmimi peşmandır. Vurulmuş ziyanı ödəməyə hazırda maddi imkanı yoxdur. Barəsində qanunla nəzərdə tutulmuş ədalətli tədbir görülməsini və inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin sahə inspektoru Famil Camalov inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq protokollar tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 05 sentyabr 2022-ci il tarixdə Gülçülük sovxozunda X6 məxsus evdən 80 manat dəyəri olan samovarı oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibati təsir tədbirlərinin görülməsiüçün qərarın surəti 14cü polis bölməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 17 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi, Müşalan bağ massivi, 137 ünvanında X11 məxsus iki ədəd çuqun qazanı oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, X9 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibati təsir tədbirlərinin görülməsiüçün qərarın surəti 14cü polis bölməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 11 iyul 2022-ci il tarixdə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yaşayan X5 məxsus evin həyətindən dəyəri 100 manat olan samovarı oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibati təsir tədbirlərinin görülməsiüçün qərarın surəti 14cü polis bölməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 15 iyun 2022-ci il tarixdə vətəndaş X8 işlədiyi baytar idarəsinin balansında olan heyvan saxlama sahəsindən ümumi dəyəri 90 manat olan bir ədəd dəmir qapı, bir ədəd plastik pəncərəni oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, X8 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibati təsir tədbirlərinin görülməsiüçün qərarın surəti 14cü polis bölməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 20 avqust 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində vətəndaş X12 məxsus evin 100 manat dəyərində plastik qapılarını oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, X10 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibati təsir tədbirlərinin görülməsiüçün qərarın surəti 14cü polis bölməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 31 may 2022-ci il tarixdə Gülçülük sovxozu, nömrəsiz evdə yaşayan X4 məxsus evin 80 manat dəyərində qaz sayğacını oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibati təsir tədbirlərinin görülməsiüçün qərarın surəti 14cü polis bölməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 28 iyun 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində X8 işlədiyi idarəyə məxsus ümumi dəyəri 95 manat olan plastik pəncərələri oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, X8 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibati təsir tədbirlərinin görülməsiüçün qərarın surəti 14cü polis bölməsinə təqdim edilmişdir. “İnzibati qaydada tutma haqqında” AZA 018002 saylı, 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 15 oktyabr 2022-ci il tarixdə, saat 00:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-cı maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan zərərçəkmiş şəxslərin ərizələri və təhqiqat materialları əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin törətdiyi inzibati xətanı etiraf etməsini və səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində yalnız inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 15 oktyabr 2022-ci il tarixdən, saat 00:30-dan hesablanmalıdır. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini barəsində inzibati qaydada icraat aparılan şəxsin qanunla müəyyn edilmiş müddətdən artıq müddətə (Belə ki, şəxs 15 oktyabr 2022-ci il tarixdə, saat 00:30-da tutulmuş, 17 avqust 2022-ci il tarixdə, saat 17:30da işə məhkəmədə baxılarkən şəxs hələ də azad edilməmişdir) tutularaq saxlanmasına cəlb edir. Belə ki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5855/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5855/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver