Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5861/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (FİN:xxxxxxx) iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, X6 tibb bacısı işləyən, Culfa rayonu, Əbrəqunus Ərazi dairəsi, Əbrəqunus kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 03 sentyabr 2024-cü tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3027/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməməsi, icra məmurunun tələblərini yerinə yetirməməklə Şəxs tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-3027/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. 2024-cü ilin iyun ayında uşağın Naxçıvan MR-na 1 ay müddətinə aparılması barədə tərəflər öz aralarında şifahi olaraq razılığa gəlmiş və bu barədə ona bildirmişlər. Daha sonra iyul ayında tələbkar icra şöbəsinə müraciət edərək borclunun uşağı ilə görüşməsinə şərait yaratmadığını bildirərək borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qərarının icrasından yayınmamışdır. Tələbkarın uşağı ilə görüşünə maneə yaratmamışdır. Hətta tələbkar nəzərdə tutulan vaxtdan artıq uşağı yanında saxlamış, buna heç bir etirazı olmamışdır. Uşağın allergiyası vardır. Bunu tələbkar da bilir. Buna görə uşağın Naxçıvanda bir müddət qalması, orada Duzdağda müalicə olunmasını həkimlər məsləhət bilmişlər. 2024-cü ilin iyun ayında uşağı Naxçıvana valideyninin yanına göndərmişdir. Tələbkarla aralarında bununla bağlı razılığa gəlmişlər. Tələbkarın heç bir etirazı olmamışdır. O, məzuniyyətə çıxıb Naxçıvana gedib bir müddət özü də uşağı ilə birlikdə orada onun müalicəsində iştirak edib sonra gəlməli idi. Lakin işdən məzuniyyətə icazə verməmişlər. Ona görə Naxçıvana gedə bilməmişdir. İşdən sentyabr ayında məzuniyyətə çıxmağa icazə veriblər. xx.xx.2024-cü il tarixə Naxçıvana bilet almışdır. Qeyd olunan tarixdə Naxçıvana gedib uşağı da götürüb gəlməlidir. O, məhkəmə qərarının icrasından yayınmamışdır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-3027/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, X7 ilə Şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilmiş, ana Şəxs, övladı xx.xx.2020-ci il təvəllüdlü X8 ilə ata X1 formada görüşməsinə və atanın uşağı öz evlərinə aparmasına razılıq verilmiş, hər həftənin bazar günü saat 10:00-dan 22:00-a qədər ata X7, övladı X5 öz evlərinə və gəzintiyə (yalnız ata ilə) aparması, uşaq xx.xx.2020-ci il təvəllüdlü X8 xəstələndikdə və müayinələrdən keçərkən ata X3 iştirak etməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və qərarda Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbilərinin görüləcəyi qeyd edilmişdir. . Şəxs tərəfindən “qəbul etdim” qeydi yazılmış tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, o, qeyd olunan bildirişi xx.xx.2024-cü il tarixdə almışdır. Naxçıvan MR Səhiyyə Nazirliyi “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş tibbi arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X8 xx.xx.2024-cü il tarixdə “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin allerqoloq həkimi Quliyeva Ülviyyə tərəfindən tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı uşaqda “J 30:4 allergik rinit” və L 50.9 allergik övrə” aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdən icra sənədi üzrə icraat başlanılmış, həmin vaxtdan uşaq Naxçıvana MR-na aparılan qədər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəmə qərarının icrasından yayınma halı müşahidə olunmamışdır. Uşağın Naxçıvan MR-na aparılmasına tələbkar özü razılıq vermişdir. Bunu məhkəmə iclasında icra məmuru təsiq edərək bununla bağlı tərəflərin qarşılıqlı razılığa gəldiklərini ona bildirmələrini qeyd etmişdir. Bundan başqa uşağın Naxçıvan MR-na aparılması, orada qalıb müalicə olunması onun səhhətində yaranmış vəziyyətlə bağlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, uşağın sağlamlığının qorunması valideynin uşaqla ünsiyyət hüququndan daha üstün və vacibdir. Bu Şəxs məhkəmə qərarının icrasından qərəzli olaraq yayınması kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Şəxs əməlində qeyd olunan hallar müəyyən olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5861/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5861/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver