Məhkəmə qərarları › İş №3(008)-5863/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5863/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5863/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 03 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə tıxacda X7 ilə mübahisə edən zaman onlara yaxınlaşan polis əməkdaşlarına tabesizlik göstərərək avtomobilə əyləşməkdən imtina edərək, fiziki qüvvə göstərmişdir. Polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 1 nömrəli tədbir ilə əlaqədar olaraq etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tıxacda olan zaman qarşısındakı avtomobilin arxa buferinə istəmədən dəymiş və qarşıya hərəkət etməyə başlamışdırlar. O vurduğu avtomobili gözdən itirdiyi üçün birazda qabağa sürüb rahat yerdə saxlamaq istəmişdir. Bu zaman bir nəfər şəxs ona səslənərək hara getdiyini soruşduqda o vurduğu avtomobili görmüş və qabaqda saxlayacağını söyləmişdir. Düşdükdən sonra digər sürücünün yanına yaxınlaşaraq qaçmadığını söyləmişdir. Maşınında xəstə anası olduğundan o aqressiv olmuş və sürücü ilə istər-istəməz mübahisə etməyə başlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. O Polis Şöbəsinə getmək istəmədiyini bildirərək polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Getməməsinin səbəbi maşında xəstə anası, bacısı və onun azyaşlı uşaqları olması olmuşdur. Onlara qaçmaq niyyəti olmadığını sübüt etməyə çalışmış, maşında olan şəxslərə görə getmək istəmədiyini bildirmişdir. Daha sonra bacısı Quliyeva Elnazə avtomobildən enərək onu videoya çəkməyə başlamışdır. Bu zaman o da aqressiv olduğundan onunla avtomobilə minməyini istəməmişdir. Hər ikisini polis bölməsinə gətirmişlər. O, ümumiyyətlə heç bir nalayiq ifadə işlətməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə tıxacda X7 ilə mübahisə edən zaman onlara yaxınlaşan polis əməkdaşlarına tabesizlik göstərərək avtomobilə əyləşməkdən imtina edərək, fiziki qüvvə göstərmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 03 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tıxacda X7 ilə mübahisə edən zaman onlara yaxınlaşan polis əməkdaşlarına tabesizlik göstərərək avtomobilə əyləşməkdən imtina edərək, fiziki qüvvə göstərmişdir. Polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:10 radələrində 1 nömrəli tədbirdə xidmətdə olarkən Əsədullayev küçəsi 6861 çağırışlı avtopatrul onları köməyə çağıraraq 2 nəfər şəxsin dava-dalaş etdiyini demişdir və ora yaxınlaşan zaman bir nəfər şəxs polisin ünvanında nalayiq ifadələr işlədərək uzaqlaşmaq istəmiş bu zaman vətəndaşı avtopatrula dəvət etdikdə polisin qanuni tələbinə tabe olmayıb öz hərəktlərinə davam etmişdir. Onlar həmin şəxsi avtopatrula mindirən zaman bir nəfər xanımı qıraqdan video müşaidə aparaq eynən polisin ünvanında nalayiq ifadələr işlətdiyi üçün həmin şəxsi də 12-ci Polis Şöbəsinə təmin etmişdirlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər Şəxs və X2 və X6r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 03 sentyabr 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Quliyev X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar