Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5883/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1973-ci il tarixdə Zəngibasarda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1ənzil ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15.09-xx.xx.2025ci il tarixdə Sabunçu rayonu, Ramana qəəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən Şəxs məxsus obyektdə (Quşçuluq) formalaşan çirkab və tullantı sularının təyinatsız axıdılmış, nəticədə fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində protokol tərtib edilmiş Şəxs məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15.09-xx.xx.2025ci il tarixdə Sabunçu rayonu, Ramana qəəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən Şəxs məxsus obyektdə (Quşçuluq) formalaşan çirkab və tullantı sularının təyinatsız axıdılması müəyyən olunmuş, nəticədə fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 000308 nömrəli akt, izahat, fotoşəkil və videoçəkiliş ilə təsdiq edilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin 02 oktyabr 2025-ci il tarixli 000308 nömrəli aktından görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilən zaman Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində Şəxs məxsus obyektdə (Quşçuluq) ərazisində formalaşan çirkab sularını təyinatsız olaraq kanala axıtdığı aşkar olunmuşdur. Aşkar olunan pozuntu vətəndaşa izah olunmuş, vətəndaş Şəxs özü və obyekt barədə sənədləri təqdim edərək yazılı izahat verərək aşkar olunmuş pozuntunu təsdiq etmiş, yazılı izahatında qısa zamanda aradan qaldıracağını bildirmiş, nəticədə Şəxs AR Su Məcəlləsinin 45,78, 79, 103-cü maddələrinin, AR Su təchizatı və tullantı suları haqqında Qanununun 10-cu maddəsinin, X4 təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müvafiq maddələrini pozmuşdur. İzahat, ərazidən çəkilmiş foto, videogörüntü və digər sənədlər akta əlavə olunmuşdur. Akt iki nüsxədən ibarət tərtib edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin 15 sentyabr 2025-ci il tarixli Monitorinq aktından görünür ki, 15 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin 15 sentyabr 2025-ci il tarixli sərəncamının icrası ilə əlaqədar həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində monitorinq nəzarət tədbirləri həyata keçirərkən Şəxs məxsus Quşçuluq təsərrüfatı ərazisində formalaşan çirkab və tullantı sularını təyinatsız olaraq axıdılması aşkar olunmuşdur. X5 xx.xx.1996-cı il tarixli 6 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1998-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X1 0,1 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati araşdırma zamanı alınmış izahatından görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən obyektin ona məxsus olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və video çəkilişdən görünür ki, həmin obyektdən boru vasitəsilə çirkab suyu küçədə olan kanala axıldılmışdır. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5883/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5883/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver