Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5906/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 İmanovanın sədrliyi, Atakişi Nizami oğlu Atakişiyevin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin nümayəndəsi Nümayəndə, X3 iştirakları ilə, X9 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, EQ 17315997 saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, EQ 17315997 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ** TS *** dövlət qeydiyyat nişanlı, “X16” markalı minik avtomobili Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş baş etibarnamə ilə ona etibar edilmişdir. Həmin avtomobil idarə edilməsi üçün onun tərəfindən notarial qaydada etibarnamə ilə X7 verilmişdir. Özünün sürücülük hüququ 2021-ci ilin aprel ayından məhkəmə tərəfindən müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərara əsasən özünə məxsus AB 453857 seriyalı sürücülük vəsiqəsini AR DİN Baş Dövlət Yol Polis İdarəsinə təhvil vermişdir. Həmin tarixdən heç bir avtomobil idarə etməmişdir. İnzibati xətanın qeydı alındığı 06 oktyabr 2023-cü il tarixdə həmin avtomobili qayınatası X10 idarə etmiş, o da avtomobildə qayınatası ilə birlikdə olmuşdur. Onun baş etibarnaməsi olduğundan onun yanında qayınatasının həmin avtomobili idarə etməsi mümkündür. Səlahiyyətli orqan tərəfindən avtomobili kimin idarə etməsi müəyyən edilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X12 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, hadisə günü qayınatasının ** TS *** dövlət qeydiyyat nişanlı, “X16” markalı minik avtomobilini idarə etməsi üçün olan etibarnamənin müddəti bitdiyindən o, qayınatası ilə birlikdə yeni etibarnamə almaq üçün notariusa getmişdir. Həmin vaxt avtomobili onun qayınatası idarə etmiş, o isə avtomobildə qayınatasının yanında əyləşmişdir. Onun sürücülük hüququ məhdudlaşdırıldığından o, avtomobil idarə etməmişdir. Notariat Kontorunda növbə olduğundan evə qayıdaraq qayınatasına online qaydada etibarnamə vermişdir. Səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib olunan zaman avtomobili kimin idarə etməsi müəyyən edilməmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında X2 orqanın nümayəndəsi tərəfindən inzibati xətanın törədildiyi zaman çəkilmiş fotoşəkillər göstərildikdən sonra ona ünvanlanmış suallara cavab olaraq X12 görüntüdəki şəxsin özü olmadığını, həmin şəxsin qayınatası olduğunu, qayınatasının da fiziki baxımından onun kimi olduğunu və ona bənzədiyini bildirmişdir. Bundan sonra sədrlik edən tərəfindən şikayətçiyə ünvanlanmış “Siz izahatınızda qayınatanız avtomobili idarə edərkən onun yanında əyləşdiyinizi bildirsəniz də, fotoşəkillərdən qabaq oturacağın boş olması görünməkdədir. Bu necə izah edə bilərsiz?” sualına Elşən Əliyev qayınatasının yanında olduğunu deyən zaman yanında oturmasını nəzərdə tutmadığını, həmin vaxt qardaşının da maşında olduğunu, bu səbəbdən də özünün arxa oturacaqda qardaşının yanında əyləşdiyini bildirmişdir. Məhkəmə iclası X9 qayınatası X6 iştirakının təmin edilməsi məqsədi ilə iki iclas təxirə salınsa da, X10 məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən də məhkəmə iclasında videozəng vasitəsi ilə onunla əlaqə yaradılmış və X7 ünvanlanmış suallara cavab olaraq o, Orxan Əliyevin sürücülük hüququ məhdudlaşdırıldığından ümumiyyətlə avtomobil idarə etmədiyini, hadisə günü, yəni 06 oktyabr 2023-cü il tarixdə Orxanla birlikdə etibarnamə almaq üçün notariua getdiklərini, həmin vaxt avtomobili özünün idarə etdiyini, Orxanın isə qabaq oturacaqda onun yanında əyləşdiyini, dəqiq yadında olmasa da, səhv etmirsə maşında nəvəsinin də olduğunu, başqa heç kəsin olmadığını bildirmişdir. Bununla yanaşı videogörüntü zamanı X6 fizioloji baxımdan X4 fərqləndiyi, saçlarının isə ağımtıl olması müşahidə edilmişdir. X6 dedikləri ilə X9 öncəki məhkəmə iclasında göstərdiyi ziddiyyətlərlə bağlı Orxan Əliyevə ünvanlanmış suala cavab olaraq o, əslində notariat kontoruna gedən zaman avtomobildə qayınatasının yanında qabaq oturacaqda oturduğunu, sadəcə notariat kontorunun qarşısında maşın saxlamağa icazə olmadığından kontordan çıxan zaman tələsik formada arxa oturacaqda əyləşdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən və videogörüntüdən 06 oktyabr 2023-cü il tarixdə ** TS *** dövlət qeydiyyat nişanlı, “X16” markalı minik avtomobilini Orxan Əliyevin idarə etməsi, qabaq oturacağın isə boş olması açıq-aşkar görünməkdədir. Bununla yanaşı, məhkəmə iclasında Orxan Əliyevin verilmiş suallara ziddiyyətli cavablar verməsi, onun dedikləri ilə qayınatasının dediklərinin tam uzlaşmaması onun məhkəmə iclasında səmimi izahat verməməsinin göstəricisidir. Hesab edir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, EQ 17315997 saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 06 oktyabr 2023-cü il tarixli, EQ 17315997 saylı qərarından görünür ki, X12 06 oktyabr 2023-cü il tarixdə, saat 13:29:17 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 3-də ** TS *** dövlət qeydiyyat nişanlı, “X16” markalı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və bununla da AR İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilərək məhkəmə iclasında baxış keçirilmiş fotoşəkildən və videogörüntüdən görünür ki, həqiqətən də 06 oktyabr 2023-cü il tarixdə ** TS *** dövlət qeydiyyat nişanlı, “X16” markalı minik avtomobilində sükan arxasında olan şəxs gənc adam olmaqla fizioloji baxımından da X11 oxşayır, avtomobilin qabaq oturacağı isə boşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətçi tərəfin dəlillərini, səlahiyyətli orqanın nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, iş materiallarında olan sübutları, səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi foroşəkillər və videodiskdə olan görüntünü nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, EQ 17315997 saylı qərar qanuni və əsaslıdır və həmin qərarın ləğvi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilərək məhkəmə iclasında baxış keçirilmiş fotoşəkildən və videogörüntüdən açıq-aydın görünür ki, 06 oktyabr 2023-cü il tarixdə ** TS *** dövlət qeydiyyat nişanlı, “X16” markalı minik avtomobilini idarə edən şəxs gənc adam olmaqla fizioloji baxımdan da X11 bənzəyir. Nəzər alınsa ki, məhkəmə iclasında X12 qeyd olunan avtomobilə baş etibarnaməsinin olduğunu və yalnız qayınatasına idarə etmək üçün etibarnamə verdiyini göstərmiş və məhkəmə iclasında da təkidlə hadisə günü avtomobili məhz qayınatası X6 idarə etdiyini bildirmişdir, belə olan halda məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə olan şəxsin X6 olmaması şübhəsiz müəyyən edilmişdir ki, (məhkəmə iclasında videogörüntü vasitəsi ilə danışıq zamanı X1 ağımtıl olması və fizioloji baxımdan X4 fərqlənməsi müşahidə edilmişdir), belə olan halda 06 oktyabr 2023-cü il tarixdə, inzibati xətanın qeydə alındığı vaxtda ** TS *** dövlət qeydiyyat nişanlı, “X16” markalı minik avtomobilinin X12 tərəfindən idarə edilməsi məhkəmədə şübhə doğurmur. Bununla yanaşı, məhkəmə yekun nəticəyə gələrkən X9 məhkəmə iclasında ziddiyyətli izahatlar verməsini, onun izahatındakı xüsusatlarla X6 izahatındakı xüsusatlar arasında uyğunsuzluqların olmasını və X9 məhkəməni yanıltmağa cəhd etməsini də nəzərə alır. Belə ki, məhkəmə iclasında ilkin olaraq izahatında X12 hadisə günü inzibati xətanın qeydə alındığı vaxt avtomobili onun qayınatasının idarə etdiyini, özünün isə avtomobildə qayınatasının yanında əyləşdiyini bildirərək avtomobildə hər hansı üçüncü şəxsin olması barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillər tədqiq edildikdən və avtomobilin qabaq oturacağının boş olması müəyyən edildikdən sonra X11 ünvanlanmış suala cavab olaraq o, qayınatasının yanında olduğunu deyən zaman yanında oturmasını nəzərdə tutmadığını, həmin vaxt qardaşının da maşında olduğunu, bu səbəbdən də özünün arxa oturacaqda qardaşının yanında əyləşdiyini bildirmişdir. Sonuncu məhkəmə iclasında videogörüntü vasitəsi ilə əlaqə yaradılaraq suallar ünvanlanmış X10 ona verilmiş suallara cavab olaraq hadisə günü, yəni 06 oktyabr 2023-cü il tarixdə Orxanla birlikdə etibarnamə almaq üçün notariusa getdiklərini, həmin vaxt avtomobili özünün idarə etdiyini, Orxanın isə qabaq oturacaqda onun yanında əyləşdiyini, dəqiq yadında olmasa da, səhv etmirsə maşında nəvəsinin də olduğunu, başqa heç kəsin olmadığını bildirmişdir. X6 göstərdiyi bu xüsusatla bağlı X5 ünvanlanan zaman o, əslində notariat kontoruna gedən zaman avtomobildə qayınatasının yanında qabaq oturacaqda oturduğunu, sadəcə notariat kontorunun qarşısında maşın saxlamağa icazə olmadığından kontordan çıxan zaman tələsik formada arxa oturacaqda əyləşdiyini göstərmişdir. Göründüyü kimi, X12 hələ məhkəmədə inzibati xəta hadisəsi zamanı qeydə alınmış fotoşəkillər tədqiq edilmədən həmin fotoşəkillərdən xəbərsiz olaraq 06 oktyabr 2023-cü il tarixdə, saat 13-14 arasında avtomobili qayınatasının idarə etdiyini, özünün isə qayınatasının yanında əyləşdiyini bildirmiş, sonradan fotoşəkillərdən açıq-aydın avtomobilin qabaq oturacağının boş olması göründüyü üçün nə şikayət ərizəsində, nə də məhkəmədə verdiyi izahatında göstərmədiyi halda avtomobildə arxa oturacaqda qardaşının da olduğunu (halbuki, bu hal da Orxan Əliyevin qayınatası X10 tərəfindən təkzib edilmişdir), bu səbəbdən də özünün də qardaşının yanında arxa oturacaqda əyləşdiyini bildirmiş, sonuncu məhkəmə iclasında isə qayınatası Orxan Əliyevin avtomobildə qabaq oturacaqda onun yanında əyləşdiyini bildirdikdən sonra isə əslində notariat kontoruna gedən zaman avtomobildə qayınatasının yanında qabaq oturacaqda oturduğunu, sadəcə notariat kontorunun qarşısında maşın saxlamağa icazə olmadığından kontordan çıxan zaman tələsik formada arxa oturacaqda əyləşdiyini bildirmişdir ki, bu da X9 məhkəmədə səmimi olmamasına, məsuliyyətdən yayınmaq üçün hər vəziyyətə və məhkəmə iclasında yeni müəyyən edilmiş hər bir hala münasibətdə yeni arqumentlər uydurmasına dəlalət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X12 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X9 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, EQ 17315997 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, EQ 17315997 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5906/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5906/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver